Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2007/2024 24.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-ci il tarixdə Cəlilabad rayonu Ləkin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1ənzil ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086977№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN2086977№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Babayev X5 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-2035/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, tərəflərindən protokol tərtib edildikdən sonra borclu üzərində olan aliment borcundan 1000 manat ödəniş etmiş, qalan borcunu da, hissə-hissə ödəyəcəyinə dair icra sənədi üzrə tələbkarla razılaşmışdır. Tələbkar ərizə ilə müraciət edərək Şəxs heç bir şikayətinin olmadığını bildirmişdir Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(056)-2035/2023 saylı icra vərəqəsinə əsasən X1 üçün ayda hər bir usaqa 170 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi tələb olunur. Barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra o, üzərində olan aliment borcundan 1000 manat ödəniş etmiş, qalan borcunu da, hissə-hissə ödəyəcəyinə dair icra sənədi üzrə tələbkarla razılaşmışdır. Tələbkar ərizə ilə müraciət edərək ona qarşı heç bir şikayətin olmadığını bildirmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(056)-2035/2023 saylı icra vərəqəsinə əsasən X1 üçün ayda bir usaqa 170 manat sabit pul məbləğində aliment Şəxs tutularaq X2 ödənilməsi tələb olunur. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması ücün onun dispozitiv əlamətlərindən biri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, digəri isə icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: xx.xx.2024-cü il tarixli MN2086977№-li inzibati xəta haqqında Protokol əsasında Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində başlamış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-2007/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2007/2024
24.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver