Məhkəmə qərarları › İş №3(056)-2011/2024

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-2011/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-2011/2024 26.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, X1 şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus “VAZ-2107” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə BDYPİ-nin qərarı əsasında qoyulmuş həbsin götürülməsi və hesablanmış dəbbə pulunun silinməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayəti nəzərdən keçirib hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı və ya inzibati xəta haqqında protokol bu Məcəllənin 122.6 və 122.8-ci maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq etmə haqqında qərar hesab edildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısı, şikayət vermə müddətləri və qərardan şikayət verilməsi prosedurunun riayət olunması tələb olunan digər qaydaları müəyyən edilmişdir. X3 şikayət ərizəsində ona məxsus “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərinə BDYPİ qərarı əsasında həbsin qoyulması və dəbbə pulunun hesablanması hallarına istinad etsə də, lakin istinad etdiyi qərarların nədə ifadə olunması, yəni hansı tarixli və nömrəli, konkret olaraq hansı təşkilat tərəfindən nə vaxt qəbul olunması və həmin qərarların surətlərini nə vaxt əldə etməsi qeyri müəyyən olunaraq göstərilmədiyindən və bununla da hansı qərarın İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmasını və ya şikayət vermə müddətinin ötürülübötürülməməsini, həmçinin qərardan şikayət verilməsi prosedurunun digər qaydalarının tətbiq edilməsini müəyyən etmək mümkün olmadığından hesab edirəm ki, şikayət X2 geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X1 geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar