Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2011/2025 01.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad rayon məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP 7568061№-li inzibati xəta haqqında protokola baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş Protokol məhkəməyə təqdim edilmişdir. Daxil olmuş xx.xx.2025-ci il tarixli İXP 7568061№-li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs «VAZ 21063» minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozaraq, yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törədilməsinə görə qəbul olunmuş EQ26126605№li protokol əsasında barəsində tətbiq edilmiş inzibati cərimə növündə qərarın qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində cəriməni ödəməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. X1 Şəxs barəsində əldə edilmiş məlumatlardan görünür ki, o, xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta haqqında iş materiallarını araşdırıb, X1 Şəxs barəsində əldə edilmiş məlumatları nəzərdən keçirib və yuxarıda istinad olunan İnzibati Xətalar Məcəlləsinin 53.1.8-ci maddəsini nəzərə alaraq hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə vəfat etdiyi üçün, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-173-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP 7568061№-li Protokol əsasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə vəfat etdiyi üçün, onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2011/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2011/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver