Məhkəmə qərarları › İş №3(056)-2016/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2016/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2016/2025 05.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rüstəmov Rəşad Akif oğlunun katibliyi ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Qalağayın Kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Din Baş DYPİ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP7509278nömrəli protokol və protokol üzrə toplanmış material Sabirabad Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7509278nömrəli protokoldan və toplanmış materiallardan görünür ki, Şəxs «Mercedes Benz 1844 LS Yük» markalı **-UY-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən «Yol hərəkəti haqqında» Qanunun tələblərini pozaraq, yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanın törədilməsinə görə qəbul olunmuş EQ28211475№li inzibati tənbeh vermə haqqında cərimə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməmişdir (cəriməni ödəməmişdir). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyi və işə baxılmasını təxirə salmaq haqqında vəsatət vermədiyi üçün, İXM-nın 61.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta haqqında materiala onun iştirakı olmadan baxıla bilər. İş materiallarından görünür ki, Şəxs barəsində qəbul olunmuş EQ28211475 №li inzibati tənbeh vermə haqqında qərarla tətbiq edilmiş inzibati cərimə (müvafiq halda hesablanmış dəbbə pulunu) borcunu ödəməmişdir. Məhkəmə İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7509278 nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, belə nəticəyə gəlir ki, Şəxs yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətməsinə görə EQ28211475№li inzibati tənbeh vermə haqqında cərimə qərarını qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində icra etməyərək, cəriməni ödəmədiyi üçün, onun əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi yaranmışdır və o, həmin maddə ilə təqsirli tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmçinin Şəxs izah edilməlidir ki, o, yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta törətməsinə görə EQ28211475№li inzibati tənbeh vermə haqqında qərar əsasında barəsində tətbiq edilmiş inzibati cəriməni və müvafiq halda hesablanmış dəbbə pulunu ödədikdə, onun vəsatəti əsasında hazırkı qərara, onu qəbul etmiş məhkəmə tərəfindən xitam verilir (nəqliyyat vasitələrini idarə etmə hüququna dair məhdudlaşma ləğv edilir). Belə ki, İXM-nin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-173-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə (EQ28211475№li inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilmiş cəriməni ödəmədiyi üçün) təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Şəxs izah edilsin ki, o, EQ28211475№li inzibati tənbeh vermə haqqında qərar əsasında ona tətbiq edilmiş cəriməni və müvafiq halda hesablanmış dəbbə pulunu ödədikdə, onun vəsatəti əsasında hazırkı qərara, onu qəbul etmiş məhkəmə tərəfindən xitam verilir (nəqliyyat vasitələrini idarə etmə hüququna dair məhdudlaşma ləğv edilir). Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar