Məhkəmə qərarları › İş №3(056)-2019/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2019/2024

27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2019/2024 27.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin X2 sahə rəisi, polis mayoru X1 və barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Sabirabad rayonu, Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Sabirabad rayonu, Kürkəndi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 1961669№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə, Şəxs xx.xx.2024-cü il tarixdə, Sabirabad şəhər İ.İsgəndərov küçəsində satışı qadağan olunmuş pirotexniki vasitəsələrinin satışını həyata keçirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə prosesində izahatında göstərdi ki, o, təxminən 3-4 gün əvvəl Bakı şəhərinə gedərək Sədərək Ticarət mərkəzinin yaxınlığında olan adını bilmədiyi şəxsdən bayram günləri üçün istifadə olunan pirotexniki vasitə almış və onu Sabirabad rayonuna gətirərək bazara yaxın yerdə Poçt yolu adlı yerdə idarə etdiyi avtomobildə satmışdır. xx.xx.2024-cü il tarixdə VAZ 2107 markalı, **-GR-*** nömrəli avtomobilin arxa hissəsində bayram üçün nəzərdə tutulmuş pirotexniki vaxtələri satmış və ərazidə olan polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib onu həmin partlayıcı pirotexniki vastələr ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları tərəfindən ondan 15 ədəd Sterminator fişəng, 2 qutu Mini Triangle markalı, 4 qutu Petards, 10 ədəd TP3, 5 ədəd Magical Canale 4Q Ball adlı fişəng götürülmüşdür. Qeyd etmişdir ki, həmin bayram fişənglərini və partlayıcı oyuncaqları satmaqda məqsədi maddi imkanının aşağı olması idi. Halhazırda əməlindən səmimi peşman olduğunu və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Sabirabad şəhər İ.İsgəndərov küçəsində satışı qadağan olunmuş pirotexniki vasitəsələrinin satışını həyata keçirməklə İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) əsasən inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar ımüəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə etməklə minumum həddə inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olmuş 15 ədəd Sterminator fişəng, 2 qutu Mini Triangle markalı, 4 qutu Petards, 10 ədəd TP3 və 5 ədəd Magical Canale 4Q Ball adlı fişəng müsadirə olunmaqla 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar