Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2021/2024 27.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxx 1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, İİİ qrup əlil, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2024-cü il tarixdə “Lalafo.az” sayıtnda Zərərçəkmiş şəxs aldaraq mebel satmaq adı ilə 500 manat pulunu mənimsəmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Şahnaz xanımı aldadıb pulunu ələ keçirmək niyyətində olmamışdır. Düzdür, pul onun kart hesabına köçürülsə də, o, fərdi qaydada sex işlətməklə orada taxtaları mebellik üçün hazırlayıb sifarişçiyə verir. Elxan adlı şəxsin sifarişi ilə o, taxtaları hazırlamış, mebel hazırlanmış, lakin Şahnaz xanımın qohumu olan bir kişi Elxana zəng edib nalayiq ifadələr işlətdiyi üçün Elxan mebelləri çatdırmaqdan imtina etmiş, ona Şahnaz xanımın telefonunu verib bildirmişdir ki, danışsın, xanım gəlib özü mebelləri aparsın. O, xanımla danışmış, lakin xanım artıq mebeli istəmədiyini, pulunu tələb etdiyini bildirmişdir. Elxan pulu vermədiyi üçün o, xanıma pulu qaytara bilməmişdir. Hazırda həbsdə olduğu üçün işləyib sifarişləri verə bilmir ki, əldə etdiyi pulla xanımın pulunu qaytarsın. O, xanımın pulunu sifarişləri icra edib pul əldə etdikdən sonra ödəyə bilər. Özü İİİ qrup əlildir. Ailəli olmaqla himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, hazırda pulunun ödənilməsini istəyir. Əgər pulu ödənilmirsə şəxsin həbs edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları yoxdur. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özünü törətdiyi əmələ münasibətdə dolayısı ilə təqsirli bilməməklə yanaşı, haqlı hərəkət etmiş kimi davranmaqdadır, əməlinə tənqidi yanaşmır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tutma haqqında protokola görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:10 radələrində tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 17:00-da azad edilmişdir. Lakin göründüyü kimi, həmin zamandan şəxs polis nəzarəti altında məhkəməyə gətirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbs etmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 01:10-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsetmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən saat 01:10-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2021/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2021/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver