Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2027/2024 28.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsi ilə Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və protokol ətrafında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 27 dekabr 2024-cü ildə Sabirabad rayonunun Bulduq kəndində idarə etdiyi “VAZ 2107” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hərəkətləri etmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs məhkəmədə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, həmin günü dostları çöl sahədə kabab çəkdiyindən və onların yanına tələsdiyindən bir qədər avtomobilini sürətli idarə etmiş, dönmə əməliyyat edərkən avtomobili fırlanmış, bu hadisəni dostları telefonla çəkərək sosial şəbəkədə paylaşmışlar. Buna görə də barəsində protokol tərtib edilmişdir. Hazırda əməlindən peşmandır. Ailəli olmaqla himayəsində yeni doğulmuş bir övladı vardır. Fərdi qaydada işləməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Ailəsindən başqa himayəsində əlil atası və qardaşı vardır. İlk dəfədir ki, inzibati xəta törədir. Göstərdiyi halların nəzərə alınaraq məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 511.1.3-cü maddəsinə görə, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 32-ci maddəsinə əsasən şəxsin əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını məsuliyyəti güngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və yuxarıda sadalanmış halları nəzərə alaraq ona əsas tənbeh olaraq İXM-nin 511.1.3-cü maddəsinin sanksiyası həddi daxilində cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2027/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2027/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver