Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2038/2025 24.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Sabirabad Rayon Prokurorunun köməkçisi X1 iştirakı ilə, xx.xx.1949-cu ildə Sabirabad rayonunun Quruzma kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ünvan 1 ünvanında qeydiyyatda olan vəzifəli şəxs X2 barəsində Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsi ilə Sabirabad rayon Prokurorluğundan daxil olmuş materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Prokurorluğundan daxil olmuş materiala görə, vəzifəli şəxs X4 texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi həvalə edilmiş şəxs kimi xüsusi mülkiyyətində olan Sabirabad rayonu Quruzma və Ulacalı kəndlərini birləşdirən “Kamran” körpüsünün olduğu ərazidə xx.xx.2022-ci il tarixdən körpüdə nəzarətçi/biletçi (ictimai nəqliyyat) vəzifəsi üzrə fəaliyyət göstərən Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə rabitə dirəyinin yerinin dəyişdirilməsi ilə bağlı göstəriş verməklə rabitə dayağının yerinin dəyişdirilməsi işinin aparılmazdan əvvəl bu barədə rabitə xəttinin sahibkarına məlumat vermədən, işin təhlükəsiz aparılması ilə əlaqədar icra layihəsi tərtib etmədən, müvafiq təhlükəsizlik tədbirləri görmədən həmin işin görülməsinə yol vermiş, bununla da “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 43.1 (hava xətlərinin dayaqlarının və naqillərin sökülməsi, dayaqların elementlərinin dəyişdirilməsi iş rəhbərinin iştirakı ilə texnoloji kart və ya işlərin icra layihələri üzrə yerinə yetirilməlidir), 43.5-ci (naqillərin və trosların birtərəfli ağırlığına hesablanmamış və müvəqqəti bu ağırlığa məruz qalan dayaqların aşmasının qarşısını almaq üçün onlar öncədən bərkidilməlidir. Dayaqlar bərkidilənədək naqillərin tamlığını pozmaq və dayaqlarda bağları çıxarmaq qadağandır) bəndlərinin tələblərini qəsdən pozaraq ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması ilə müşayiət olunan sağ gicgahalın nahiyyəsində dərialtı hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Sabirabad Rayon Prokurorunun köməkçisi X3 məhkəmədən şəxs barəsində qanunvericiliklə müəyyən edilmiş qadada və həddə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikasının İXM-nin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 Azərbaycan Respublikasının İXM-in 198.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2025-ci il tarixli qərarda şəxsin özünün etirafedici izahatı, digər şəxslərin izahatları ilə və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. İş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə X2 ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. X2 əməlində həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2038/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2038/2025
24.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver