Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-213/2025 31.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1954-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6678730№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq. MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP6678730№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs təqsirli bilinir ona görə ki, o, idarə etdiyi «QAZ 3302» yük markalı ** BE *** nömrə nişanlı avtomobillə Sabirabad rayonu Poladtuğay kəndi ərazisində hərəkət edərkən, “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 3-cü hissəsinin tələblərinə riayət etməyərək Salyan yolu istiqamətlə hərəkət edən, sürücü X3 idarə etdiyi “KİA” minik markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə əyləşən sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan yüngül zərər dəymişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməkdə təqsirləndirilməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs İXM-nın 327.8-ci maddəsində nəzərdə tutlmuş inzibati xəta törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus QAZ-3302 markalı **-BE-*** dövlət nömrə nişanlı yük avtomobili ilə Sabirabad Salyan yolu istiqamətində saatda 50 km/saat sürətlə hərəkət etmiş, Poladtuğay kəndi ərazisində hərəkətdə olan zaman qarşısında hərəkət edən "Kia" markalı **-SC-*** dövlət nömrə nişanlı avtomobil yolun sağ hissəsində bir tərəfi sağ ehtiyyat yol ilə aşağı sürətlə hərəkət etdiyini görmüşdür. Həmin zaman "Kia" markalı avtomobil sola dönmə işığını yandırmayaraq yolun sağ hissəsindən bir başa yolun sol tərəfinə kəndin içərisinə tərəf avtomobili döndərərək idarə etdiyi avtomobilin qarşısından keçmək istəyən zaman o, əyləcdən istifadə etsə də, idarə etdiyi avtomobil "Kia" markalı avtomobilin sol arxa qanad hissəsində yan hissəsinə çırpılmışdır. Hadisə zamanı ayıq vəziyyət olmuş, spirtli içki qəbul etməmiş, avtomobil saz vəziyyətdə və sürəti saatda 50 km/saat sürət olmuşdur. Şəxs İXM-nın 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi iş materiallarında olan xx.xx.2024-cü il 8/2294№ ekspert rəyi və Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı Əvəz İmanovun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarı ilə işin müəyyən olunmuş halları ilə sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nın 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nın 32.1.1-ci maddəsinə əsaslanaraq Şəxs əməlindən peşmançılıq hissi keçirməsini onun inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir. Şəxs əməlində İXM-nın 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona İXM-nın 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP6678730№-li inzibati xəta haqqında Protokola əsasən Əkbərov X4 Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Saatlı rayon İcra Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-213/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-213/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver