Məhkəmə qərarları › İş №3(056)-2148/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2148/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2148/2025 15.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, 09 oktyabr 1981-ci ildə Sabirabad rayonunun Qaratəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası Təhsil Nazirliyi X1 katibəmakinaçı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYY ƏN ETDİ: Şəxsnun İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında Protokola görə Şəxs xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində Sabirabad rayonu Suqovuşan kəndində ictimai yerdə Zərərçəkmiş şəxs nalayiq söyüşlərlə söyərək xırda xuliqanlıq etmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X8 inzibati xəta haqqında tərtib etdiyi protokolun tərtib edilməsinin səbəbləri və əsası haqqında bildirdi ki, Şəxs Zərərçəkmiş şəxs əri Elçinlə qeyri-rəsmi sevgili münasibətindədir və onun ailəsini dağıtmaqdadır. 24 noyabr 2025-ci il tarixdə vətəndaş Şəxs Zərərçəkmiş şəxs iş yerinə getmiş, orada, yəni icimai yerdə Rənanın ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də müvafiq protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs əri Elçin artıq 7-8 ildir ki, onunla ər-arvad kimi yaşayır. Onların kəbini vardır. Elçin ona Rənanın ona qarşı işlətdiyi ifadələr barədə məlumat vermiş, o da Elçinə Rənanın iş yerində olmasını, gəlib orada məsələni aydınlaşdıracağını bildirmişdir. Buna görə də xx.xx.2025-ci ildə Elçinin çağırışı üzrə Rənanın iş yerinə getmiş, orada ilk əvvəl Rəna onu təhqir etdiyi üçün o da onun ünvanına nalayiq ifadələr işlətmişdir. Lakin Rənanın onu təhqir etməsi ilə bağlı əlində sübutu yoxdur. Əslində iş məhkəməyə gəlməyəcəkdi. Sahə rəisi Sarxan Elçin vasitəsi ilə izahatını diqtə edib yazdırdıqdan sonra 800 manat pul istəmiş, Elçin onun imkanının olmadığını demiş, sahə rəisi son olaraq 500 manat tələb etmişdir. O, sahə rəisinə üzərinə olan 30 qəpiyi təqdim edib bundan başqa pulu olmadığını dedikdən sonra sahə rəisi onunla gərgin davranmağa başlamış, sonra işi məhkəməyə vermişdir. Hazırda barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilir. Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ərindən ayrılmışdır və himayəsində iki azyaşlı övladı vardır. Rəsmi iş yerinə malikdir. Göstərdiklərinə əsasən barəsində cərimə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Şahnaz onun ailəsini dağıtmaqla məşğuldur. Sahə rəisinin bildirdiyi kimi, Şahnaz xx.xx.2025-ci il tarixində onun iş yerinə hücum etmiş, orada onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan sonra o, onun barəsində şikayət etmişdir. Hazırda o, şikayətçidir və Şahnazın həbs edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinın tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Bu hal onun etirafedici ifadəsi və zərərçəkmiş şəxsin ifadəsi ilə öz təsdiqini tapmaqdadır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, himayəsində azyaşlı övladlarının olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində həmin Məcəllənin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, qadın olmasını və rəsmi iş yerinə malik olmasını nəzərə almaqla, şəxs barəsində inzibati həbs tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla belə, məhkəmə cərimə tənbehinin həddini müəyyən edərkən zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını nəzərə alıb cərimənin maksimum həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar