Məhkəmə qərarları › İş №3(056)-2150/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2150/2025

15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2150/2025 15.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sabirabad rayonun Bulduq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN2322100№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN2322100№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə Saqiyeva X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-207/2024 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında qeyd etmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-207/2024 saylı icra vərəqəsinə əsasən Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş 10000 (on min) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi, ümumilikdə 10100 (on min yüz) manat məbləğində pul vəsaiti Şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsi tələb olunur. Həmin icra vərəqəsinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra vərəqəsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs şikayətçi olduqunu qeyd edib, izahatında göstərmişdir ki, borclu Şəxs ona olan borcunu bügünədək qaytarmamışdır. Ona görə də, Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, maddi imkanları məhdud olduğu üçün Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-207/2024 icra vərəqəsi üzrə ondan tələb olunan borcu ödəyə bilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ilə Şəxs arasında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş 10000 (on min) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun 100 manat hissəsi, ümumilikdə 10100 (on min yüz) manat məbləğində pul vəsaiti Şəxs tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-207/2024 saylı icra vərəqəsinin icrasının təmin edilməsi barədə icra sənədi üzrə borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, o, bu təkliflərə məhəl qoymamış və bununla da icra vərəqəsinin icrasından yayınmışdır. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, icra vərəqəsi ürə tələbkar Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini əsassız hesab edirəm və onun bu izahatını məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nin 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nin 528.1-ci maddəsinin sanksiyası həddində 500 (beş yüz) manat məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həmçinin inzibati xəta əməli törətmiş Şəxs nəzərinə çatdırılmalıdır ki, İXM-nin 31.5ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli MN2322100№-li inzibati xəta haqqında Protokola əsasən Saqiyeva X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) mant məbləğində “cərimə” növündə inzibati tənbeh tətbiq edilsin . Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar