Məhkəmə qərarları › İş №3(056)-221/2023

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-221/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-221/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, M ü ə y y ə n e t d i m: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) icraata qəbul edilmədən Sabirabad Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Hesab edirəm ki, inzibati xəta haqqında protokol (qərar) tərtib edilərkən Azərbaycan Respublikasının İXM-in müvafiq maddələrinin tələbləri pozulmuş, protokol natamam tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Araşdırma zamanı göstərilən tələbə əməl edilməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolun hüquq və vəzifələrin izah edilməsinə dair qrafada nə hüquq və vəzifələri izah etmiş şəxsin, nə də Şəxs adı, soyadı, ata adı göstərilməmiş və həmin qrafa imza edilmədən boş saxlanılmışdır. Həmçinin, həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci mаddəsi ilə tərtib edilmiş protokolun surətinin Şəxs təqdim edilməsi müəyyən edilmir. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında protokolda “protokolun surətini aldım” qrafasının qarşısına Şəxs tərəfindən imza edilməmişdir. O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İXM-nin 334.2-ci maddəsinin sanksiyasında inzibati həbs tənbeh tədbiri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İXM-nin 111.3-cü maddəsinə əsasən, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Lakin Şəxs məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi inzibati xəta haqqında qərar tərtib edilərkən Azərbaycan Respublikasının İXM-in yuxarıda göstərilən tələbləri pozulmuşdur ki, bu hallar inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir. Belə olan halda hesab edirəm ki, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100, 101, 103, 106 və 109-cu mаddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar