Məhkəmə qərarları › İş №3(056)-2213/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2213/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2213/2025 29.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Sabirabad RPŞ-nin YPXB-nin polis serjantı Nümayəndə iştirakı ilə, X3 Sabirabad RPŞ-nin YPXB-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin YPXB-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 Azərbaycan Respublikasının İXM-nın 329.1 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib 400 manat məbləğində cərimə edilmişdir. X5 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixda 08:30 radələrində idarə etdiyi atasına məxsus VAZ2121 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə işə gedən vaxt Sabirabad şəhəri, H.Əliyev prospektində Sabir məktəbinin qarşısında YPX-nin əməkdaşı ona saxla işarəsi vermiş və o, saxlamışdır. Onu saxlayan polis əməkdaşı Qismət Ağayev idi. Sənədlərini yoxlamış və o, hamısının qaydasında olmasını bildirmişdir. Sonra isə Qismət bildirdi ki, maşının arxası aşağıdır. Bu hissəni də yoxladı və baxdı, hər şeyin qaydasında olmasını müəyyən etdi. O, bildirdi ki, yeni maşındır. Qismat ondan 50 manat rüşvət istədi. O, isə 10 manat Verdi, lakin götürmədi. Sonra qayıdıb dedi ki, sən avtomobili içkili idarə edirsən. O, isə bildirdi ki, içki içən deyildir. Qismət cibindan balaca aparat çıxartdı, dedi nəfəsini ver. O, nəfəsini verəndə aparatı geri çakdi. Qismət aparatı püləməyə qoymadı və ona dedi ki, sən niyə mənimlə məzələnirsən? O, cavabında bildirdi ki, niyə məzələnim ki, səninlə aparatı püləyirəm və sən geri çəkirsən. Sonra dedi ki, şöbəyə gedək. xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində onu polis şöbəsinə gətirdi. Həttə Qismət yanında oturdu və dedi ki, avtomobili sür. O, hətta Qismətin özünə də içəridə dedi ki, mənim içkili boynuma qoyursansa niyə avtomobili idarə etməyimə şərait yaradırsan. YPX avtomobilində Qismət, Faiq və Həmid idi. Şöbəyə gətirəndən sonra Həmid böyük aparat gətirdi. Aparatın isə özündən spirt qoxusu gelirdi. O, özünə arxayın idi ki, içki içən deyildir. O, həkim müayinəsindən keçmək istədiyini, onların aparatına inanmadığını bildirdi. Onu otağa saldılar və günorta saat 13:00-a kimi orada saxladılar. Polis əməkdaşları üstünə düşdülər və ona zorla izahat yazdırdılar. Ondan 0,780 dərəcəli içki istifadə etməsini yalandan müəyyən etdilər. O, onlara telefon əlaqəsi saxlamaq istediyini bildirdi. Buna da imkan verilmədi. Onu otağa həbs etdilər. Bundan başqa boyuna təhlükəsizlik kəmərindan istifadə etməyini qoydu. Həmin vaxtı orada kamera da var idi. Bütün çəkilişlər qeydə alınmışdır. Sonra isə yalandan bildirdilər kj polisə müqavimət edir. Sonra ona zorla imza etdirərək içkili olmağını üzərinə yazdılar. O, əlacsız boynuna aldı ki, içkili avtomobil idara etmişdir. O, polis əməkdaşlarına bildirdi ki, avtomobili cərimə meydançasına yerləşdirməsinlər və gəlib sürücülük vəsiqəsi olan şəxs avtomobili aparacaqdır. Qanunda isə belə bir qayda yoxdur ki, avtomobil cərimə meydançasında olsun. O, cərimə yazılmasını və getməsini bildirmiş, əvvəl onunla razılaşdı və sonra bildirdi ki, Yunis deyir ki, avtomobil cərimə meydançasına yerləşdirələcəkdir. O, heç nə deməmiş və avtomobili cərimə meydançasına saldılar. Ondan sonra dedilər ki, hara gedirsən get. Sonradan atası ilə şöbəyə getmiş, şöbədən çıxan kimi özü Sabirabad Mərkəzi Rayon Xastaxanasına getmişdir. Orada dedilər ki, bizə icazə yoxdur və burada yoxlanış aparılmır. O, İstanbul klinikasına getmiş, orada da dedilər ki, şöbənin kağızı olmalıdır və bu barədə sənə göndəriş verməlidirlər. Şöbədən nə qədər göndəriş kağızı istəsə də, ona həmin kağızı qəsdən vermədilər. Onun məqsədiə özünü isbat etmək idi ki, o, içkili avtomobil idarə etməmişdir. Nə xəstəxana, nə də İstanbul klinikası onu yoxlanışdan keçirtdi. X8 Xəstaxanasına kimi belə getmişdir. Onlar dedilər ki, polis kağızı olmasa mümkün deyildir. Onun üzərinə iki maddə ilə sanksiya tətbiq etmişlər. Biri təhlükəsizlik kəmərindən istifada etməməsi, ikincisi isə avtomobili içkili idarə etməyidir. Avtomobildə əzik izləri var idi. Atası onlardan nədən yarandığını soruşduqda, onlar bildirdi ki, oğlun yaman gündə idi və avtomobili cərimə meydançasına salarkən əzmişdir. Hətta cərimə meydançasında avtomobilin yeri dəyişdirilmişdir. Qismət bildirdi ki, avtomobilinizi götürün gedin. Hadisə xx.xx.2025-ci il tarixi olsa da, protokolun tərtibi xx.xx.2025-ci il tarixi kimi göstərilmişdir. Lakin qərar xx.xx.2025-ci il tarixdə qabul edilmişdir. Əgər bütün sadaladıqlarını edə bilməyəcəksə, onda deməli protokol və onun əsasında tərtib edilmiş qərar əsassız və qanunsuzdur. Ona görə də barəsində olan inzibati qərarın ləğv edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayətinin məzmununa uyğun izahat verərək və şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sabirabad RPŞ-nin YPXB-nin polis serjantı Nümayəndə bildirdi ki, o, şikayətçinin şikayətini sonadək diqqələ dinləmişdir. Onun bildirdiklərinin hamısı yalandır. Belə ki, xx.xx.2025-ci il tarixində sürücü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün xidmət yoldaşı Qismət tərəfindən saxlanılmış, orada o və Faiq də olmuşdur. Sənədləri tələb edildiyi zaman sürücüdən spirtli içki qoxusu gəlmiş, buna görə də Qismət xidməti avtomobildə olan və ilkin yoxlamanı həyata keçirdikləri aparatla Ülvü Əlizadənin sərxoşluğunu yoxlamış, ilkin yoxlanışda sərxoşluq aşkar edildiyi üçün tam əmin olunmasına görə şəxs şöbəyə dəvət edilmişdir ki, şöbədə olan lisenziyalı aparatla sərxoşluğu yoxlanılsın. Şöbədə həmin aparatla yoxlanılarkən şəxsdə o, 784 promil sərxoşluq aşkar edilmişdir. Bundan sonra onun barəsində müvafiq protokol tərtib edilmiş və həmin protokol əsasında barəsində cərimə tənbehi tətbiq edilmişdir. Həmçinin onu da qeyd etmək istəyir ki, təxminən 10 gün bundan əvvəl də şikayətçiyə məxsus digər VAZ 2107 manraklı avtomobil də saxlanılmış, həmin vaxt bu şəxs sərnişin skamyasında əyləşmiş və sərxoş vəziyyətdə olmuşdur. Halbuki, o, indi yalandan spirtli içki qəbul edən şəxs olmadığını bildirir. Hətta bu işlə bağlı izahatı alınarkən də o, öz xətti ilə yazdığı izahatında onda sərxoşluq aşkar olunmasını etiraf etmişdir. İndi isə bəhanə edir ki, guya ona hədə gəlinərək izahatı alınmışdır. Kiməsə hədə gəlinməsi mümkün deyildir. Hazırda o, şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə Sabirabad RPŞ-nin YPXB-nin polis mayoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP 7710388nömrəli inzibati tənbeh vermə haqqında qərarı və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, hazırda məhkəməyə təqdim edilmiş X3 xx.xx.2025-ci il tarixli izahatının məzmunundan görünür ki, o, onda sərxoşluq halının aşkar olunmasını etiraf etmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, şikayətçi törədilmiş xəta ilə razılaşmışdır ki, bu halı izahatında əks etdirmişdir. Məhkəmə hazırda X1 ondan hədə ilə izahat alındığını bildirməsini özünümüdafiə xarakterli ifadə olaraq qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları müəyyən edilmədiyi üçün həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsaslaraq qərarın dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Sabirabad RPŞ-nin YPXB-nin polis mayoru X4 tərəfindən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada əlkdə edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar