Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2219/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X2, şikayətçi X3 iştirakı ilə, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7709840№-li inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında qərara əsasən xx.xx.1988-ci il təvəllüdlü X1 Xətalar Məcəlləsinin 324.4-cü maddəsində (buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X1 tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7709840 №-li Qərarla razılaşmayaraq, həmin qərardan verdiyi şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, şikayətini onunla əsaslandırmışdır ki, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında qərara əsasən o, güya ki mülkiyyətində olan 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində buraxılış kartı olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasına görə inzibati tənbeh vermə haqqında qərarla İXM-nın 324.4-cü maddəsi (buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə) təqsirli bilinib 50 (əlli) manat cərimə olunmuşdur. Tədbiq olunan cərimə əsassız və yanlışdır. Qeyd edir ki, o, mülkiyyətində olan 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə müntəzəm olaraq nə sərnişin və ya yük daşınması fəaliyyəti ilə məşğul olmur, həmin avtomobili ilə o, özünə məxsus həyətyanı sahəsində bostançılıqla məşğul olduğundan özünün şəxsi məqsədləri üçün meyvə tərəvəz daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq barəsində tətbiq olunan xx.xx.2025-ci il tarixli TP7709840 №-li qərarın ləğv edilməsi və 50 (əlli) manat cərimənin silinməsi barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş barəsində xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş C.F.Mayılov şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, həmin Qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun və xx.xx.2025-ci il tarixli TP7709840№-li inzibati tənbeh vermə haqqında qərarın əsaslı və qanuni olmasına əsaslanaraq, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatını dinləyərək hesab edirəm ki, X3 şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polisleytenantı Y.A.Şükürov tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X7 barəsində İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə səbəb onun özünə məxsus 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə xx.xx.2025-ci il tarixdə Sabirabad rayonunun Kürkəndi kəndində buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınması olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 324.4-cü maddəsinə əsasən buraxılış kartı olmadan yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə - 50 (əlli) manat məbləğində cərimə edilir. Şikayətçi C.F.Mayılov barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP7709840№-li Qərarla razılaşmayaraq, etirazının əsası kimi onun mülkiyyətində olan 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə müntəzəm olaraq nə sərnişin və ya yük daşınması fəaliyyəti ilə məşğul olmur, həmin avtomobili ilə o, özünə məxsus həyətyanı sahəsində bostançılıqla məşğul olduğundan özünün şəxsi məqsədləri üçün meyvə tərəvəz daşıdığı hallarına istinad etmişdir. Məhkəmədə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X7 özünə məxsus 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə müntəzəm olaraq nə sərnişin və ya yük daşınması fəaliyyəti ilə məşğul olmur, həmin avtomobili o, özünün şəxsi məqsədləri üçün yaşadığı Sabirabad rayonu ərazisində istifadə edir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun buraxılış kartı ifadəsinin anlayışını müəyyən edən 1.0.36-cı maddəsinə əsasən buraxılış kartı - buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartı nəzərdə tutur. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Həmin qanunun 15.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına dair bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş icazələr və onların əlavələri (buraxılış kartı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada verilir. İcazəni almış şəxs həmin icazəni çap edə və kağız daşıyıcıda istifadə edə bilər. Həmin qanunun 15.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarına icazə verildikdə daşıyıcıya elektron qaydada avtonəqliyyat vasitələrinin sayına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən buraxılış kartı verilir. Avtonəqliyyat vasitələrinin sayı artdıqda, yaxud avtonəqliyyat vasitəsi başqası ilə əvəz olunduqda, hüquqi şəxs və ya fərdi sahibkar yeni buraxılış kartının verilməsi haqqında müraciət etməlidir. Buraxılış kartı daşıyıcının həmin avtonəqliyyat vasitəsi ilə sərnişin və yük daşımalarını həyata keçirmək üçün icazəyə malik olduğunu təsdiq edir. Buraxılış kartının hüquqi qüvvəsinin dayandırılması, bərpası, ləğvi və yeni buraxılış kartının verilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Beləliklə qanunvericiliyin yuxarıda istinad edilən tələblərinə əsasən buraxılış kartı məhz “Avtomobil nəqliyyatı haqqında” və “Lisenziyalar və icazələr haqqında” Qanunların tələblərinə uyğun olaraq müvafiq icazələr əsasında ölkə daxilində və ya xaricində sifarişli daşıma ilə, yəni qeyri-müntəzəm sərnişindaşıma, eləcə də yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarların nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartı nəzərdə tutur. Lakin işin məhkəmədə araşdırılmış halları ilə müəyyən edilmişdir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş X7 özünə məxsus 99UO688 dövlət qeydiyyat nişanlı «X11» yük markalı avtomobili ilə müntəzəm olaraq nə sərnişin və ya yük daşınması fəaliyyəti ilə məşğul olmur, həmin avtomobili o, özünün şəxsi məqsədləri üçün yaşadığı Sabirabad rayonu ərazisində istifadə edir və bununla da C.F.Mayılovun şəxsi istifadəsi üçün istifadə etdiyi «X11» yük markalı avtomobilinə buraxılış kartının alınması tələb olunmur. Bu baxımdan məhkəmə hesab edir ki, Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X4 C.F.Mayılov barəsində İXM-nın 324.4-cü maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib edərkən və Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polisleytenantı Y.A.Şükürov tərəfindən xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edərkən, işin faktiki halları hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar (C.F.Mayılovun ölkə daxilində və ya xaricində sifarişli yük və ya sərnişin daşıma fəaliyyəti ilə məşğul olması faktı) təsdiq edilmədən qərar qəbul edilmiş və Sabirabad RPŞ-nin DYPB-nın YPX-nın inspektoru X4 tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 v. 8.3-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyət li orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nın 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Sabirabad RPŞ-nin DYPBnin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən C.F.Mayılov barəsində xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında Qərar qəbul edərkən, işin faktiki halları hərtərəfli araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar təsdiq edilmədən qərar qəbul edilmiş və Sabirabad RPŞ-nin DYPB-nin YPX-nın inspektoru N.Həsənovun tərtib etdiyi inzibati xəta haqqında protokol üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İXM-nin 135.1-ci maddəsində səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar kimi təsbit olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasmm 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyamızın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən barəsində inzibati tənbeh tədbiri görülmüş C.F.Mayılovun İXM-nın 324.4-cü maddəsində nəzərdə tutulan xəta törətməsini müəyyən etməmişdir. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, C.F.Mayılov tərəfindən İXM-nın 324.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta əməli törətməsi mötəbər sübutlarla təsdiqini tapmadığından, C.F.Mayılov barəsində qəbul edilmiş İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli TP7709840 №-li inzibati tənbeh vermə haqqında Qərar ləğv edilməli və onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nın 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nın 53.1.1 və 53.1.2-ci maddələrinə görə inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilsin. Sabirabad RPŞ-nin DYPB-nin inzibati təcrübə üzrə baş inspektoru, polis-leytenantı Y.A.Şükürov tərəfindən X7 barəsində qəbul olumuş “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP7709840№-li qərar ləğv edilsin və həmin qərarla X3 hərəkətində inzibati xəta tərkibi olmadığı üçün o, inzibati məsuliyyətdən azad olunsun və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2219/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2219/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver