Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2222/2025 08.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X5 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli MN1254628№-li-li inzibati xəta haqqında Protokola və protokol üzrə toplanmış sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən daxil olmuş Şəxs VÖEN: (**********) barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN1254628№-li protokola görə o, Sabirabad rayonu V.Əhmədov küçəsində yerləşən “KASAB DÖNƏR EVİ” obyektinin üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının dərhal dayandırılması və “Reklam haqqında” Qanunun 26.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icazənin alınması üçün 5 gün müddətində Dövlət X3 Regional Reklam İdarəsinə müraciət etməsi barədə X5 İdarəsinin yazılı göstərişini yerinə yetirməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş X5 İdarəsi nümayəndəsinin iştirakını təmin etməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə məhkəmədə iştirak etməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 64.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala X5 İdarəsinin nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN1254628№-li saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində İXM-nın 428.7.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarına əlavə edilmiş X5 İdarəsi tərəfindən “KASAB DÖNƏR EVİ” adlı obyektin sahibi Şəxs ünvanlanmış xx.xx.2025-ci il tarixli 1046№-li Yazılı Göstərişdən və eyni tarixli 1095№-li AKTdan görünür ki, Sabirabad rayonu V.Əhmədov küçəsində yerləşən “KASAB DÖNƏR EVİ” obyektinin üzərində müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımlanması faktı müəyyən edilmiş və qeyd olunan göstərişlə Şəxs müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımının 5 gün ərzində dayandırılması tələb olunmuş, eyni zamanda əks təqdirdə mövcud halın, yəni reklam haqqında qanunvericiliyin pozulmasına görə onun, İXM-nın 428.7.3-cü maddəsi ilə nəzərdə tutlmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas olması xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, X5 İdarəsi xx.xx.2025-ci il tarixdə Şəxs bildiriş göndərilmiş və protokolun tərtibatında iştirak etmək, izahat vermək, protokolun surətini qəbul etmək təklif olunmuşdur. Lakin Şəxs protokolun tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Sabirabad rayonu “KASAB DÖNƏR EVİ” obyektinin üzərində eyni adlı məzmunda reklam yerləşdirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nın 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, “Reklam haqqında” Qanunun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanı verir.http://www.eqanun.az/alpidata/framework/data/30/c_f_30348.htm Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının X4 tərəfindən həyata keçirilir. İXM-in 428.7-ci maddəsinə əsasən, açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni: 428.7.1. müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onların tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə; 428.7.2. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun və digər qanunvericilik aktlarının tələblərinə cavab verməyən reklamın açıq məkanda yerləşdirilməsinə; 428.7.3. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN1254628№-li inzibati xəta haqqında Protokol əsasında Cəfərov X2 Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 300 (üç) yüz manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər .
Məhkəmə qərarları › İş №3(056)-2222/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2222/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver