Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-2224/2025 23.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİ: 22 dekabr 2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqındaxx.xx.2025-ci il tarixdəMN2370443№-li inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin maddədə nəzərdə tutulan əsasları, o cümlədən də inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi (maddə 106.0.3) və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması (maddə 106.0.5) məsələlərinə də baxır. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasənProtokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, protokolla və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki,Şəxsbarəsində xx.xx.2025-ci il tarixdə MN2370443№-li inzibati xəta haqqında protokolun tərtib edilməsi ilə əlaqədarməlumatlı olmasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. Eləcə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında protokolun surəti verilməmiş və yaxud göndərilməmişdir. Həmçinin, Şəxs İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair sübutlar və eləcə də, Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsindən daxil olmuş həmin idarənin inspektoru X1 məlum Protokolu tərtib etməyə səlahiyyətinin olmasını təsdiq edən sənədlər protokola əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı göstərilməlidir. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda - inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 100, 106 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi barədə Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinin inspektoru X1tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixliMN2370443№-li inzibati xəta haqqında Protokol və ona əlavə edilmiş sənədlər, İXM-nın 100-cü maddəsinin tələblərinə uyğun olmayan natamam formada məhkəməyə təqdim olunduğu üçün onu göndərmiş Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsinəgeri qaytarılsın.
Məhkəmə qərarları › İş №3(056)-2224/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-2224/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver