Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-2227/2025 23.12.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs Hacağa oğlunun iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsinin X2 daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2025-ci tarixli MN ******* saylı protokol daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Hacağa oğlunu döyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İnzibati protokol tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin sahə rəisi polis mayoru X3 inzibati xəta haqqında tərtib etdiyi protokolun əsası haqqında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Hacağa oğlunu döymüşdür. Ekspertin müvafiq rəyinə əsasən Zərərçəkmiş şəxs Hacağa oğlunda dərəcəsi təyin edilməyən xəsarət müəyyən edilmişdir. Ona görə cinayət tərkibi olmadığından tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs bildirdi ki, Zərərçəkmiş şəxs Hacağa oğlu onun qohumudur. O, Behbudu döyməmişdir. Behbud yalan danışır. Özü İİ qrup əlildir. Məhkəmədən barəsində aşağı həddə cərimə tənbehi tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Hacağa oğlu bildirdi ki, Şəxs onun qohumudur. xx.xx.2025-ci il tarixdə yaşadığı evdən çıxıb məhkəmədə olan işlə əlaqədar məhkəməyə gələrkən Samir onun evinin qarşısına avtomobillə gəlmiş, Vüsalə xanıma olan borcunu niyə qaytarmadığını soruşub, onu avtomobilinə dəvət etmişdir ki, onu gedəcəkləri yerdə başa salacaqdır. Yolda olarkən Samir yumruqla onun çənəsindən vurmuş, sonra avtomobildən düşürdüb döyməyə başlamışdır. Onu Vüsalə xanım onun əlindən almışdır. Hazırda o, şikayətçidir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs Hacağa oğlunu döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarda əksini tapmış xx.xx.2025-ci il tarixli ekspert rəyi və zərərçəkmiş şəxsin izahatı ilə öz təsdiqini tapır. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını özünü müdafiə xarakterli ifadə olaraq qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İİ qrup əlil olmasını Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından (əlillik dərəcəsinə görə) mümkün deyildir. Şəxs barəsində tətbiq ediləcək cərimə tənbehinin miqdarına gəldikdə isə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sağlamlıq vəziyyəti, bu vəziyyətdə yüksək qazanc əldə etmək imkanında olmaması, onun hazırki maddi vəziyyəti və zərərçəkmiş şəxsin şikayətçi olması nəzərə alınmaqla cərimə məbləği orta həddə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-2227/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-2227/2025
23.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver