Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-24/2023 16.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad şəhəri, Əli Kərim kücəsi 33 saylı ünvdanda qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və həmin protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və X2 Tural Hafis oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Sabirabad rayon məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(056)-1333/2022 saylı icra vərəqəsinə əsasən Şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikahın pozulmasına razılığı olmadığından barışması üçün məhkəmə tərəfindən 3 (üç) ay müddətinə vaxt müəyyən edilməklə iş təxirə salındığına görə tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinli yaşına çatana kimi saxlanılması üçün Şəxs müvəqqəti alimentin tutulub X1 verilməsi və alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Borclu borcunu ödəməkdən qərəzli olaraq yaranmışdır. Tələbkar borcun ödənilməsinin təmin edilməsi ücün borclunun barəsində tədbir görülməsini tələb etdiyi ücün inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib edildikdən sonra borclu tələbkarla razılığa gəldiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, həqiqətən də Sabirabad rayon məhkəməsinin müvafiq icra sənədinə əsasən ondan birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinli yaşına çatana kimi saxlanılması üçün müvəqqəti alimentin tutulub X1 verilməsi və alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Hazırda tələbkarla razılığa gəlmişdir. Tələbkar hazırda yaranmış 1500 manat pulu ondan tələb etmir. Göstərdiklərinə əsasən o, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, borclunun izahatında göstərdiyi xüsusatlar həqiqəti ifadə edir. Borcluya uşaqlarının tələbatlarını qarşılaya bilmədiyi ücün icra məmurundan müvafiq tədbir görülməsini xahiş etmişdir. Hazırki məhkəmə icraatı zamanı aralarında razılığa gəlmişlər. O, yaranmış 1500 manat borcu borcludan tələb etmir. Ona görə də o, borclu barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. Protokola əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli, 2(056)-1333/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs Zərərçəkmiş şəxs ilə aralarında bağlanmış nikahın pozulmasına razılığı olmadığından barışması üçün məhkəmə tərəfindən 3 (üç) ay müddətinə vaxt müəyyən edilməklə iş təxirə salındığına görə tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X4 və xx.xx.2012-ci ildə anadan olmuş X3 yetkinli yaşına çatana kimi saxlanılması üçün Şəxs müvəqqəti alimentin tutulub X1 verilməsi və alimentin bu qaydada tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması qət edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra ücün 10 günlük müddət verilmişdir. İş materiallarına əlavə edilmiş; Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, yaranmış 1500 manat borcu borcludan istəmədiyini bildirərək borclunun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması ücün onun dispozitiv əlamətlərindən biri icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, digəri isə icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında materiallardan isə belə halların mövcud olması görünmür. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən dərhal sonra tələbkar yaranmış borcu istəmədiyini ifadə etmiş. Hətta bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Belə bir halda icra məmurunun hər hansı qanuni tələbinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halına gəldikdə isə, tərəflərin bildirdiyi xüsusatlardan da aydın olur ki, borclu aliment öhdəliyini keçən müddətdə işsiz olması əsası ilə icra etmək imkanında olmamışdır. Bu xüsusat isə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımından məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından və Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-24/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-24/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver