Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-242/2024 28.06.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X5 İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN1255835№-li inzibati xəta haqqında Protokola və protokol üzrə toplanmış sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad Rayon Məhkəməsinə daxil olmuş Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1255835№-li inzibati xəta haqqında protokolun məzmununa görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «AQROTEXSERVİS” MMC yazılı göstərişə və xəbərdarlıq bildirişinə baxmayaraq Sabirabad şəhəri, V.Əhmədov küçəsində yerləşən «Çəmən» adlı ticarət obyekti (VÖEN **********) üzərində açıq məkanda müvafiq icazə olmadan qanunsuz reklam yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «AQROTEXSERVİS” MMC-nin nümayəndəsi X6 təmsil etdiyi müəssisə barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1255835№-li inzibati xəta haqqında protokola etiraz edərək izahatında qeyd etmişdir ki, «AQROTEXSERVİS” MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi əsasında ünvan 1 ünvanında “Bazar” adlanan ticarət obyekti daxilində yerləşən ümumi sahəsi 138.1.kv.m. qeyri-yaşayış sahəsi «AQROTEXSERVİS” MMC tərəfindən 01 (bir) il müddətinə icarəyə götürülmişdir. Lakin iki aydan sonra, ticarət işləri nəticəsində gəlir əldə olunmadığı səbəbindən, 2024-cü ilin oktyabr ayınının 10-15 tarixlərdə qeyri-yaşayış sahəsi mülkiyyətçi A.N.Həsənova təhvil verilmiş və onlar orada hər hansı fəaliyyət göstərməmişlər, eyni zamanda sonradan bağlanmış icarə müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmiş, həmin qeyri-yaşayış sahəsində digər sahibkar fəaliyyətə başlayaraq, ağac və ya digər bitki məhsullarının ticarəti ilə məşğul olmuşdur. Sonradan açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alınması barədə göstəriş və xəbərdarlıq bildirişi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə Şəxs MMC-yə təqdim edildiyi zaman, onlar artıq ünvan 1 ünvanında yerləşən “Bazar” adlanan ticarət obyekti daxilində hər hansı ticarət fəaliyyəti göstərilmədiyi üçün, ticarət obyekti üzərində reklam yerləşdirilməsi barədə müvafiq icazə alınması zərurəti aradan qaldırılmışdır. Qeyd olunanlara əsaslanaraq hesab edir ki, təmsil etdiyi Şəxs MMC-nin hərəkətində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinin tərkibi olmadığından, həmin maddə ilə MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokola baxılmasının vaxtı barədə məlumat verilmiş inzibati xəta haqqında xx.xx.2024cü il tarixli MN 1255835№-li Protokolu tərtib etmiş X5 İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədiyi üçün, İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq hesab edirəm ki, qeyd olunan təşkilatın nümayəndəsini iştirakı olmadan nümayəndəsinin hazırkı işə Protokolu tərtib etmiş protokolu tərtib etmiş X5 İdarəsinin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, ünvan 2 ünvanında “Bazar” adlanan ticarət obyekti daxilində yerləşən ona məxsus ümumi sahəsi 138.1.kv.m. olan qeyri-yaşayış sahəsi xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi əsasında «AQROTEXSERVİS” MMC-yə 01 (bir) il müddətinə icarəyə verilmişdir. Lakin 3 aydan sonra, təxminən 2024-cü ilin oktyabr ayınının 15-də Şəxs MMC ticarət işləri yaxşı getmədiyi üçün fəaliyyətini dayandırıb, qeyri-yaşayış sahəsini ona təhvil verərək oradan köçmüşlər, həmçinin əhəmiyyətini itirdiyi üçün aralarında olan icarə müqaviləsi ləğv edilmişdir. Həmin qeyriyaşayış sahəsində digər sahibkar fəaliyyətə başlayaraq, ağac və ya digər bitki məhsullarının ticarəti ilə məşğul olmuşdur. X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN 1255835№-li inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Müşfiq Əliyevi və şahid qismində dindirilmiş Ayaz Həsənovu dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə MMC-nin təqsirləndirilməsinə dair X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1255835№-li inzibati xəta haqqında Protokol üzrə Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, «AQROTEXSERVİS” MMC-nin nümayəndəsi X6 tərəfindən məhkəməyə təqdim edilmiş müqavilələrin surətindən görünür ki, «AQROTEXSERVİS” MMC ilə X4 arasında bağlanmış və notariat qaydada rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli İcarə Müqaviləsi əsasında ünvan 1 ünvanında ticarət obyekti daxilində yerləşən ümumi sahəsi 138.1.kv.m. qeyri-yaşayış sahəsi «AQROTEXSERVİS” MMC tərəfindən 01 (bir) il müddətinə icarəyə götürülmişdir. Həmin icarə müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilmiş və notariat qaydada rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş «AQROTEXSERVİS” MMC-nin ünvanına xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqdim edilmiş (poçt xəbərnaməsi) X5 İdarəsi tərəfindən ticarət obyekti üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınması tələbinə dair yazılı göstəriş və əks təqdirdə inzibati məsuliyyət barədə xəbərdarlıq bildirişindən görünür ki, «AQROTEXSERVİS” MMC ünvan 1 ünvanında yerləşən “Çəmən” obyekti üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazə alması və əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdar olunmuşdur. Belə ki, iş materialları müəyyən edilmişdir ki, «AQROTEXSERVİS” MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair X5 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN 1255835№-li inzibati xəta haqqında protokolun tərtib olunması üçün səbəb, ünvan 1 ünvanında ticarət obyekti daxilində yerləşən «AQROTEXSERVİS” MMC tərəfindən icarəyə götürülmiş ticarət obyekti üzərində açıq məkanda reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınması tələbinə dair yazılı göstərişə və inzibati məsuliyyət barədə xəbərdarlıq bildirişinə baxmayaraq, «AQROTEXSERVİS” MMC tərəfindən reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınmaması olmuşdur. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, «AQROTEXSERVİS” MMC-nin ünvanına müvafiq icazənin alınması tələbinə dair yazılı göstəriş və bildiriş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə təqdim edildikdən əvvəl, 2024-cü ilin oktyabr ayının 15-dən qeyriyaşayış sahəsi mülkiyyətçiyə təhvil verilmiş və «AQROTEXSERVİS” MMC qeyd olunan 15 oktyabr tarixindən həmin obyektdə hər hansı ticarət fəaliyyəti göstərməmiş, eyni zamanda obyektin icarəyə götürülməsi barədə müqaviləsi ləğv edilmişdir və bu baxımdan ticarət obyekti üzərində reklam yerləşdirilməsi barədə müvafiq icazə alınması zərurəti və vəzifəsi «AQROTEXSERVİS” MMC-yə üzərinə qoyula bilməzdir. İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin İXM-nın 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş üzrə təqdim olunmuş subutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, barəsində inzibati icraat aparılan şəxsin izahatını işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edirəm. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Yuxarıda istinad olunan inzibati xətalar məcəlləsinin normalarının tələbləri baxımdan hesab edirəm ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən «yazılı göstərişə və xəbərdarlıq bildirişinə baxmayaraq, reklam yerləşdirilməsi üçün müvafiq icazənin alınmaması» halı üzrə inzibati xəta tərkibi «AQROTEXSERVİS” MMC-yə münasibətdə mövcud deyildir. İXM-nın 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən şəxsin əməllərində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Hesab edirəm ki, Şəxs MMC-nin əməllərində İXM-nın 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı halda, həmin maddə ilə Şəxs MMC inzibati məsuliyyətdən azad olunmalı və qeyd olunan maddə ilə onun təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 45, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə MMC-nin təqsirləndirilməsinə dair Azərbaycan Respublikası X2 X5 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN1255835№-li inzibati xəta haqqında Protokol üzrə Şəxs MMC inzibati məsuliyyətdən azad olunsun və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protesti verilə bilər
Məhkəmə qərarları › İş №3(056)-242/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-242/2024
28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver