Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-246/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin X1 polis sahə rəisi, polis kapitanı X5 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, Sabirabad rayonunun Qəfərli kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayonunun Məmişlər kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2023-ci tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə Sabirabad rayonu Qaralar kənd məktəbinin qarşısında Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, X4 onun bacısı X2 əri olmuşdur. Bir müddət sonra bacısı ilə Alim arasında münasibətlər pozulmuş və Səma adlı uşaq atasının himayəsində qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində bacısı ilə birlikdə Səmanı görmək üçün Qaralar kənd məktəbinin qarşısına getmişlər. Həmin zaman Zərərçəkmiş şəxs da orada olmuşdur. Dilarə Səma ilə söhbət etmək üçün maşına əyləşmiş, bu zaman Fitayət maşına yaxınlaşaraq açarları götürmək istəmiş, sonra isə Dilarənin qollarından tutub sıxaraq xəsarətlər yetirmişdir. O, mübahisə zamanı heç kimə xəsarət yetirməmişdir. Alim gəldikdən sonra isə onlar oradan çıxıb getmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, oğlu Alimlə Dilarə arasında nikah olmuş, sonradan isə onların münasibətləri pisləşdiyi üçün ayrılmaq həddinə gəlib çatmışdır. Nəvəsi Səma isə onlarla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Dilarə qardaşı Eldənizlə birlikdə Sabirabad rayon Qaralar kənd məktəbinin qarşısına gəlmiş və uşağı aparmaq məqsədilə maşına mindirmişlər. Bu zaman o, avtomobilin sükanından tutaraq mane olmağa çalışmış, lakin Eldəniz maşını hərəkət etdirdiyi üçün o, yerə yıxılmış və dizindən xəsarət almışdır. Bundan sonra Dilarə onun qollarından yapışaraq dırnaqları ilə dərisini cırmışdır. O, hazırda şikayətçidir, Eldənizin məsuliyyətə cəlb edilməsini xahiş edir. Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Asiman Bəkirovun xx.xx.2023ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Sabirabad rayonu Məmişlər kəndində yaşayan X6 və Sabirabad rayonu Qəfərli kəndində yaşayan X2 şikayəti əsasında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Dilarə Abdullayeva, Şəxs, Alim Abdullayev, Zərərçəkmiş şəxs və İlham Nuriyev barələrində AR İXM-nin 157-cı maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-nə verilməsi qərara alınmışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 xx.xx.2023-cü il tarixli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb belə nəticəyə gəlinir ki, müayinə zamanı aşkar edilmiş xəsarətlər- sağ və sol əlin üst səthində səthi yaralar, sol dizin oynağının ön səthində qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə təqdim edilmiş sübutlara və izahatlara qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2023-ci il tarixdə Sabirabad rayonu Qaralar kənd məktəbinin qarşısında Zərərçəkmiş şəxs döyərək sağlamlığına zərər vurmayan xəsarət yetirərək İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması ekspert rəyi, zərərçəkmiş şəxsin ifadəsi və digər materiallar ilə öz təsdiqini tapır. Şəxs Zərərçəkmiş şəxs döyməməsi barədə dedikləri inzibati məsuliyyətdən yaxa qaçırmaqa yönəldilmiş hərəkətlər kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddə üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, hazırda rəsmi qaydada münasibətləri pozulmamaqla tərəflər arasında qohumluq münasibətləri davam etməkdədir. Onlar arasında hazırda gərgin münasibət mövcud olsa da, bu gələcəkdə münasibətlərin normallaşması halını istisna etmir. İnzibati qaydada həbs tənbeh tədbirinin tətbiq edilməsi isə tərəflər arasında mövcud olan gərgin münasibətin daha da gərginləşməsinə gətirib çıxara bilər ki, bu hal da yolverilməz hesab edilməlidir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməli, cərimə tənbehinin həddi müəyyən edilərkən isə zərərçəkən şəxsin hazırda şikayətçi olması nəzərə alınmaqla orta həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-246/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-246/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver