Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-247/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad rayon Polis şöbəsinin X1 polis sahə rəisi, polis kapitanı X4 və barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Sabirabad rayonunun Məmişlər kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən inzibati xəta haqqında xx.xx.2023-ci tarixli MN ******* saylı «İnzibati xəta haqqında protokol» daxil olmuşdur. Daxil olmuş protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-ci il tarixdə Sabirabad rayonu Qaralar kənd məktəbinin qarşısında Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsində nəzərdə tutumuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməyərək izahatında göstərdi ki, X2 onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Fitayət Abdullayeva nəvəsi Səma ilə birlikdə Qaralar kənd məktəbində olan zaman Dilarə qardaşı X5 ilə qızı Səmanı aparmaq üçün oraya gəlmiş, həmin zaman tərəflər arasında sözlə mübahisə olmuş, Dilarə Səmanı maşına əyləşdirmiş və bu zaman Fitayət Abdullayeva maşının sükanından tutaraq Dilarənin uşağı aparmasına mane olmuşdur. O, Dilarəni vurmamış, sadəcə olaraq mübahisəni yatızdırmaq üçün tərəflərlə söhbət aparmışdır. Bundan sonra Alim həmin yerə gəldikdən sonra qızı Səmanı Dilarədən almış və daha sonra oradan uzaqlaşmışlar. Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs Alim və Fitayət ondan uşağı alarkən Alim onun əllərini sıxıb açarkən uşağını qucağından götürmüşdür. Buna görə də o, İlhamdan da şikayətçidir və onun da məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Asiman Bəkirovun xx.xx.2023ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Sabirabad rayonu Məmişlər kəndində yaşayan X2 və Sabirabad rayonu Qəfərli kəndində yaşayan Zərərçəkmiş şəxs şikayəti əsasında cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs, Eldəniz Qurbanov, Alim Abdullayev, Fitayət Abdullayeva və Şəxs barələrində AR İXM-nin 157-cı maddəsi ilə inzibatı qaydada tədbir görülməsi üçün qərarın surətinin İTB-nə verilməsi qərara alınmışdır. «Məhkəmə-tibbi ekspertizası təyin etmək haqqında» xx.xx.2023-cü il tarixli 64 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı – alın nahiyyəsində, sol bazunun orta 1/3-də iç səthdə, sağ və sol saidin aşağı 1/3-də bayır səthdə sol əlin ovuc səthində 1-ci əldarağı sümüyü proyeksiyasında qançırlar, sağ əlin ovuc səthində 2-ci əldarağı sümüyü proyeksiyasında sıyrıq küt əşyanın (Əşyaların) təsirindən əmələ gəlmişdir. əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları tədqiq edərək Zərərçəkmiş şəxs izahatını nəzərə alaraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olması və əməlində qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin olması qənaətinə gəlinməsi əsassızdır. Azərbaycan Respublikasının İXM-nin 75.0-cı maddəsinə əsasən, inzibati xəta haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xəta haqqında işüzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin miiəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli Qətnaməsi ilə qəbul və bəyan edilmiş «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli Qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin. təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və va inkar cavab verməsinin səbəbləri göstərilsin. Məhkəmə yuxarıda göstərilən xüsusatlara münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hazırki inzibati xətanın törədilməsində təqsirli olmasında mövcud olan şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, onun tərəfindən törədilməsi mötəbər sübutlarla təsdiqini tapmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 75, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-247/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-247/2023
20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver