Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-249/2025 21.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonunun Cavad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Həsənalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü mаddəsi ilə inzibati xətа hаqqındа prоtоkоl tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:57 radələrində sürücülük hüququ olmadan idarə etdiyi «Mercedes Benz 190 minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad şəhəri H.Əliyev prospektində yolun sol zolağından sağ zolağına doğru dönmək istəyərkən həmin yolda düzünə hərəkətdə olan «VAZ 21074 minik» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməldə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, inzibati xəta haqqında materialda qeyd edildiyi kimi o, sürücülük hüququ olmadan idarə etdiyi «Mercedes Benz 190 minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad şəhəri H.Əliyev prospektində yolun sol zolağından sağ zolağına doğru dönmək istəyərkən həmin yolda düzünə hərəkətdə olan «VAZ 21074 minik» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Onunla yanaşı, digər şəxsin də hərəkətlərində pozuntu olmuşdur. Belə ki, həmin şəxs avtomobili yüksək sürətlə idarə etmişdir. Bundan əlavə, ziyan məbləği yüksək qeyd edilmişdir. O, həmin şəxsə avtomobilini 500 manata təmir etdirməsini təklif etsə də, razılıq verməmişdir. Hazırda məhkəməyə gələrkən də sığorta ilə əlaqədar gəlməsini, inzibati xəta ilə bağlı gəlməsini bilməmişdir. İlk dəfədir ki, inzibati xəta törədir. O, ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Özü heç yerdə işləmir. Maddənin sankisyasında nəzərdə tutulmuş məbləğdə cərimə ödəməyə imkanı yoxdur. Bununla yanaşı, həbs edilməsini də istəmir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:57 radələrində idarə etdiyi «Mercedes Benz 190 minik» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad şəhəri H.Əliyev prospektində yolun sol zolağından sağ zolağına doğru dönmək istəyərkən həmin yolda düzünə hərəkətdə olan «VAZ 21074 minik» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Yoxlama zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan idarə etməsi məlum olmuşdur. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və ailə vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs özü də izahatında heç yerdə işləmədiyini, cərimə ödəməyə imkanı olmadığını bildirmişdir. Həmçinin məhkəmə İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə təqsirli bilinib, bаrəsində 8 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tаrixdən, sааt 12:30-dan hesablansın. Qərаrın icrаsı Sabirabad rаyоn Polis Şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Şirvan Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-249/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-249/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver