Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-25/2023 16.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Zəngənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı Sabirabad rayonu Zəngənə kəndində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunu döyərək ona sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında özünü təqsirli bilməyərək göstərdi ki, o Bakı şəhəri Mehdiabad qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. 2019-cu il tarixdə X5 oğlu X3 almışdır. Həmin nigahdan bir övladları dünyaya gəlmişdir. Təxminən bir il olar ki, səbəbsiz yerə Nazənin atasının evinə qayıtmışdır. 2022-ci ilin iyun ayının 30 Nazənin və Sədirxan rəsmi şəkildə boşanmışlar. Məhkəmə uşağın anasında qalması barədə qərar qəbul etmişdir. Aralarında qızılzinət əşyalarının təhvil verilməsi barədə mübahisə yaranmışdır. Buna görə də xx.xx.2022-ci il tarixdə Sabirabad rayonu ərazisində olan Mediasiya Təşkilatına dəvət olunmuşlar. O və yoldaşı Nəriman qarşı tərəfdən isə Nazənin, anası Gülnarə və qardaşı Bəhruz gəlmişlər. Mediasiya Təşkilatının əməkdaşları Nurağa və Musa müəlimin yanında onları danışdırmışlar. Bəhruz otaqda ucadan danışdığı üçün otaqdan bayıra çıxarmışlar. Onlar çölə çıxanda Bəhruz onun üzərinə hücum çəkmiş və təpiklə onun sinə nahiyəsinə, həmçinin yumruqla üz nahiyəsinə vurmuşdur. Orada olan şəxslər onları ayırmışlar. Bəhruz onu vuranda Gülnarə və qızı Nazənin də arxadan yumruqla onu vurmuşlar. Mediasiya Təşkilatının işçiləri Bəhruzgili otağa salmışlar. Onlar da oradan xəstəxanaya getmişlər. Hazırda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Sabirabad rayonu Zəngənə kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X1 onlarla birlikdə yaşayır. Nazənin 2019-cu ildə X9 ilə ailə həyatı qurmuşdur. Həmin nigahdan bir övladı dünyaya gəlmişdir. Ailələrində problemlər olduğu üçün təxminən 1 ildir ki, bacısı onların yanına qayıtmış və 2022-ci ilin iyun ayının 30-da rəsmi şəkildə boşanmışdır. Məhkəmənin qərarına əsasən uşaq anasında qalmışdır. Lakin Sədrxan özü və ailəsi onları narahat edirdi. xx.xx.2022-ci il tarixdə boşanmış ailələr arasında olan mübahisələrin həll edilməsi üçün Sabirabad şəhəri ərazisində yerləşən Mediasiya Təşkilatına bacısı və anası ilə birlikdə gəlmişlər. Qarşı tərəfdən isə Sədrxanın atası Nəriman və anası Sənubər gəlmişdir. X7 və Musa adlı əməkdaşların iştirakı ilə Nəriman və Sənubər ilə danışmışlar. Sənubər ona qızıllarını oğurladığını demişdir. O da Sənubərə yalan danışdığını bildirmişdir. Otaqdan çölə çıxanda Sənubər onun üzərinə hücum çəkərək, onun boğazından tutaraq sıxmış və qolunu dırnaqları ilə cırmışdır. O da Sənubəri sinəsindən geri itələmişdir. Orada olan şəxslər onları ayırmışlar və onu otağa salmışlar. O mobil telefonunu götürərək DİN-102 xidmətinə şikayət etmək istədikdə Sənubərin üzünün qanadığını görmüşdür. Sənubər öz üzünü cıraraq “bu dəqiqə səni tutduracam deyə-deyə” getmişdir. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Araz Fərəcov tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Sabirabad rayonu Zəngənə kənd sakinləri Zərərçəkmiş şəxs, X2, X4 və Bakı şəhəri Mehdiabad qəsəbəsində yaşayan Şəxs müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs, X10 və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İTB-nə verilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1190/2022 saylı qərardadına əsasən Şəxs barəsində Sabirabad RPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərin aşkar edilmiş çatışmazlıqla əlaqədar Sabirabad rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərarın qəbul edilmə tarixindən üç aydan artıq müddət keçdiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-25/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-25/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver