Məhkəmə qərarları › İş №3(056)-259/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-259/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-259/2023 21.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi X3, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis X1 Bölməsinin polis sahə rəisi, polis leytenatı X2 oğlunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sabirabad rayonun Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1642112№li protokola və əlavə olunmuş sənədlərə görə Şəxs yaşadığı evdən xx.xx.2023-cü il tarixdə ona məxsus çəkisi 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, anası Rəsmiyyə, qardaşı Vüsalla birgə təsərrüfatda yaşayır, təxminən bir il müddətdir narkotik vasitə qəbul edir və narkotik aludəçisidir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onun yaşadığı evə baxış keçirərək yataq otağından kağız bükümdə narkotik vasitə aşkar ediblər.Etdiyi əməlindən peşmançılıq hissi keçirdiyini bildirərək məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 18/127№-li rəydən görünür ki, 01 ədəd kağız bükümündə ümumi təmiz çəkisi – 0,32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutlmuş inzibati xəta törətmişdir. İnzibati materiala əlavə edilmiş “cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları Şəxs evində axtarış keçirən zaman ağ kağız bükümündə ümumi təmiz çəkisi 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar etmişlər. Şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəsi olan marixuana şəxsi isteklak miqdarında olduğundan əməlində AR CM-nin 234.1 maddəsinin tərkibi yaranmır. Odur ki, əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə 28 iyun 2005-ci il tarixli 1 saylı (narkotik vasitələr) siyahıya əsasən narkotik vasitə hesab olunan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq həddi 5 qram miqdarda müəyyən edilmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs aşkar edilmiş 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarı həddindədir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsirli olması inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübuta yetirilir. Odur ki, o həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinin tələbini (Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır) və barəsində inzibati icraat aparılan şəxsin ailə vəziyyətini nəzər alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli sayır. Qeyd edilənləri nəzərə alaraq inzibati qaydada məsuliyyətə cəlb olunan Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sonuncu həddində 400(dörd yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq etməyi əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 400(dörd yüz) manat miqdarında cərimə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 31,95 AZN məbləğində dəyəri Şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE**********00********) köçürülsün. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, 0,32 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar