Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-26/2023 16.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis leytenantı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, Zərər çəkmiş şəxs X1 iştirakları ilə xx.xx.1969-cu ildə Sabirabad rayonu, Zəngənə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Zəngənə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, X7 xx.xx.2022-ci il tarixdə yaşadığı Sabirabad rayonu Zəngənə kəndində Zərərçəkmiş şəxs qızı və X6 ilə aralarında yaranmış mübahisə zamanı sonuncuları döyərək onlara sağlamlığa zərər vurmayan xəsarət yetirmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəməyə vermiş olduğu izahatında özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı o, Gülnarə və Nazənini döyməmişdir. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 izahatında göstərdi ki, X8 onları döymüş, onlar isə Sənubəri Muradovanı döyməmişlər. Nəriman Muradov onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Hazırda o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı şikayətçidir və onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Araz Fərəcov tərəfindən qəbul edilmiş 26 sentyabr 2022-ci il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Sabirabad rayonu Zəngənə kənd sakinləri X3, X1, Zərərçəkmiş şəxs qızının və Bakı şəhəri Mehdiabad qəsəbəsində yaşayan X4 müraciətləri əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, X9, X7 və X10 barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti İTB-nə verilməsi qərara alınmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1191/2022 saylı qərardadına əsasən Şəxs barəsində Sabirabad RPŞ tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərin aşkar edilmiş çatışmazlıqla əlaqədar Sabirabad rayon Polis Şöbəsinə qaytarılması qərara alınmışdır. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X2 barəsində qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 sentyabr 2022-ci il tarixli qərarın qəbul edilmə tarixindən üç aydan artıq müddət keçdiyindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-26/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-26/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver