Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-281/2024 26.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Saatlı rayonunun Xanlarkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, İİ qrup əlil, Saatlı rayonunun Qarayevkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə Azərbaycna Respublikası DİNnin BDYPİ-nin YPX Alayının 12-ci tağımından daxil olmuş inzibati xəta haqqında protokola və toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2024-cü ildə saat 21:27 radələrində sərxoş vəziyyətdə sürücülük hüququ olmadan «VAZ 21063» minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobilli idarə etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirdi ki, o, xx.xx.2024-cü il tarixdə bir şüşə arağı iki nəfərə qəbul etmiş, azyaşlı övladı ilə özünə məxsus «VAZ 21063» minik markalı **-FZ-*** dövlət nömrə nişanlı avtomobillə Sabirabad rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin işıq cihazında nasazlıq olduğu üçün postda saxlanılmış,sənədləri yoxlanılarkən ondan spirtli içki iyi gəlməsini bildirib alkotester vasitəsi ilə yoxlanışdan keçirmişlər. Yoxlama nəticəsində onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. Özü İİ qrup əlil və İ Qarabağ müharibəsi iştirakçısıdır. Himayəsində 3-ü azyaşlı olmaqla 4 övladı vardır. Ailəsinə yeganə qazanc gətirən şəxs odur. İlk dəfədir ki, inzibati xəta törədir. Göstərdiklərinə əsasən o, məhkəmədən ona həbslə əlaqədar olaraq inzibati tənbeh verilməsini xahiş edir. Protokola əlavə edilmiş: xx.xx.2024-cü il tarixli «Alcovisor»dan Çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:15-da 2,667 faiz dərəcəli alkoqol sərxoşluğu müəyyən edilmişdir. Şəxs İXM-in 334.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokolla, inzibati işin digər materialları ilə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etirafedici izahatını, əməlindən peşman olmasını, ilk dəfə inzibati xəta törətməsini, İ Qarabağ müharibəsi iştirakçısı olmasını, İİ qrup əlil olmasını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edir. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini, şəxsiyyətini və məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq ona cərimə növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-281/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-281/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver