Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-288/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X1 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Sabirabad rayonunun Qardaşkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Sabirabad rayonu, Qardaşkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının icrası ilə əlaqədar cərimə borcunu ödəməkdən yayınmışdır. Sabirabad rayon icra və Probasiya Şöbəsinin icra məmuru X2 izahat verərək qeyd etmişdir ki, borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixli, ******* saylı qərar xx.xx.2024-cü il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra tədbirlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs qərar üzrə cərimə borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, 700 manat cərimə borcunu ödəmək istəmir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlakının olmadığı müəyyən edilmişdir. Bundan sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin tələblərinə istinad edərək işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. Protokola əlavə edilmiş: 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.1-ci maddəsi ilə təqsirli bilinib 700 manat miqdarında cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs icra vərəqəsinin icrası üçün xəbərdarlıq edilmiş və ona İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət xatırladılmışdır. Şəxs xx.xx.2024-cü il tarixli izahatından görünür ki, o, iş yeri olmadığını, pensiya və ya təqaüd almadını, cərimə borcunu tam ödəməyə imkanı olmadığını, mülkiyyətində daşınar və daşınmaz əmlakının olmadığını, cərimə borcunu ödəməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb ediləcəyi barədə icra məmuru tərəfindən ona izah verildiyini göstərmişdir. Məhkəmə Şəxs həmin inzibati xətanı törətməsini onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati işin digər materialları ilə tam sübuta yetirilmiş hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində İXM-nin 32-ci maddəsində əsasən məsuliyyəti yüngülləşdirən və İXM-nin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati barəsində inzibati icraat aparılan şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq inzibati barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ictimai işlər növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-288/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-288/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver