Məhkəmə qərarları › İş №3(056)-291/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-291/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-291/2024 13.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş "xxxx" MMC-nin VÖEN: (**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola görə xx.xx.2024-cü ildə saat 16:00-da Sabirabad şəhəri, İ.Qayıbov 46 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus müəssisədə keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar “pediatrik” və “fizioterapevtik” iş və fəaliyyət, sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olunması faktları aşkar olunmuş və bununla da "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutlmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs "xxxx" MMC məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişlər. Məhkəmə İXM-nın 61.3 və 64.3-cü maddələrinə əsaslanaraq hesab edir ki, inzibati materiala tərəflərin iştirakı olmadan da baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* saylı protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, "xxxx" MMC-nin əməlində İXMnın 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır və onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC Sabirabad şəhəri, İ.Qayıbov 46 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus müəssisədə lisenziyadan kənar “pediatrik” və “fizioterapevtik” iş və fəaliyyət, sertifikatsız tibbi praktiki fəaliyyət ilə məşğul olunmuş, yoxlama zamanı qeyd edilən faktlar aşkar edilmiş, aşkar edilmiş faktlar sənədləşdirilmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 215.1 və 215.4cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə — vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə, "xxxx" MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, həkim və işçi heyətinin həmin MMC-dən gəlir əldə edib tələbatlarını qarşılamış olması halı nəzərə alınmaqla MMC barəsində maddələrin sanksiyasında nəzərdə tutulmuş minimum məbləğdə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC VÖEN: (**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar