Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-294/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, X1 və X4 Mil-Muğan regional bölməsinin nümayəndəsi X5 iştirakları ilə, X3 X4 Mil-Muğan regional bölməsinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Mil-Muğan regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X6 şikayətlə müraciət edərək, X4 Mil-Muğan regional bölməsinin barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir X6 şikayətini onunla əsaslandırmışdır ki, o, fəredi sahibkardır. Adına VÖEN verilmişdir. Uzun illərdir ki, kənd sakinlərindən yumurta alaraq onlardan cücə çıxarıb kənd əhalisinə müvafiq ödəniş əsasında paylayır. Onun əsasında vergini vaxtlı-vaxtında ödəyir. X4 Mil-Muğan regional bölməsinin əməkdaşları onun yumurta alışından xəbər tutaraq ona hər aldığı kənd sakini üzrə yumurtanın bələdiyyə arayışı əsasında almağını bildirmiş və bunun əsasında ona əsassız olaraq cərimə tətbiq etmişlər. O, iradını bildirərək alıcı olduğunu və satıcının bu arayışı əldə edib-etməməsini araşdırılmasının X4 Mil-Muğan regional bölməsinin üzərinə düşdüyünü bildirmişdir. Qərarı xx.xx.2024-cü ildə aldıqdan sonra 1500 manat cərimə olunmasını bilmişdir. X4 Mil-Muğan regional bölməsində olan zaman ona məhkəməyə müraciət etməsini bildirdilər. Barəsində qərar qəbul edilmiş Azərbaycan Respublikasının İXM-nin 447.0.3-cü maddəsinin dispozisiyasından görünür ki, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə dair hissəsi ona aid deyildir. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edərək və əlavə olaraq bildirdi ki, o, yumurtaları həm kənd sakinlərindən, həm də Hacıqabul Quşçuluq Şirkətindən əldə edir. Ona bu vaxta kimi kimsə bildirməmişdir ki, aldığı yumurtalara görə baytarlıq arayışı əldə etməlidir. X2 əməkdaşlarının bildirdiklərindən sonra o, Şirkətdən köhnədən almış olduğu yumurtalarla bağlı arayış tələb etmiş, ona köhnədən satılmış yumurtalarla bağlı arayış təqdim edə bilməyəcəklərini, bundan sonra həyata keçiriləcək satışlarda arayış veriləcəyini bildirmişlər. Hazırda onun inqubatorunda çıxardığı cücələri o, ucuz qiymətə kənd əhalisinə satmaqla həm öz tələbatlarını ödəyir, həm də əhali həmin cücələri böyüdüb satmaqla, və ya istehlak etməklə öz tələblarını ödəyir. Qeyd olunan məbləğdə onun cərimə ödəmək imkanı yoxdur. Hazırki işini qura bilməsi üçün o, yüksək məbləğdə kredit götürmüşdür. Krediti belə çətinliklə ödəyir. İşçi kimi göstərdikləri şəxs də onun qaynıdır. Qaynı ona köməklik edir və o da qaynına günə 10 manat əmək haqqı verir ki, o da tələbatlarını ödəyə bilsin. Əgər bu cəriməni ödəmək məcburiyyətində qalarsa o zaman bu iş yerini bağlamaq məcburiyyətində qalacaqdır. Halbuki, cənab Prezident dəfələrlə çıxışlarında bildirmişdir ki, sahibkarlara şərait yaradılsın. Agentlik isə şərait yaratmaq əvəzinə daha da çətinlik yaratmaqla məşğuldur. Hazırda o, məhkəmədən şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən X4 Mil-Muğan regional bölməsinin nümayəndəsi X7 bildirdi ki, planlı yoxlamaların həyata keçirilməsi zamanı və müddəti Ədliyyə Nazirliyi tərəfindən müəyyən olunur. Müəyyən olunmuş yoxlama müddəti və şəraitinə uyğun olaraq qərar qəbul edilib X3 quşçuluq təsərrüfatında xx.xx.2024-cü il tarixində yoxlamalar həyata keçirilmiş, foto və videoçəkilişlə yoxlamalar həyata keçirilmiş, istifadə olunan yumurtaların baytarlıq sənədi olmadan qəbulu və sabitar-gigyenik normalara əməl olunmadığı nöqsan olaraq aşkar edilmiş, bu barədə akt və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda bütün sənədlər gətirilmiş və məhkəməyə təqdim edilmişdir. Foto və videoçəkilişlər isə üzərlərində olan kamerlarlala həyata keçirilməklə görüntülər birbaşa Agentliyin özünə ötürüldüyündən təqdim edilməsi mümkün olmamışdır. Məhəmməd Əzizov isə izahatında göstərilən nöqsanları aradan qaldıracağını bildirmiş və imza etmişdir. xx.xx.2024-cü il tarixində isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək M.Əzizov ən aşağı həddə, yəni 1500 manat məbləğdə cərimə edilmişdir. Göründüyü kimi, Məhəmməd Əzizov da yol verdiyi nöqsanları qəbul etmiş, buna görə də izahatında nöqsanları aradan qaldıracağını göstərmişdir. Hazırda şikayət formal olaraq verilmişdir. Göstərdiklərinə əsasən o, məhkəmədən şikayətin əsassız olması əsası ilə təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X3 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının İXM-nin 220.2-ci maddəsinə əsasən, yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, şikayətçi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın əsassız qəbul edildiyi ilə şikayətini əsaslandırmağa çalışsa da, məhkəməyə təqdim edilmiş sənədlərdən, xüsusən də Məhəmməd Əzizovun xx.xx.2024-cü il tarixli izahatından və protokolda əksini tapmış izahatından görünür ki, Məhəmməd Əzizov aşkarlanmış nöqsanlarla razılaşmış, həmin nöqsanları aradan qaldıracağını vurğulamışdır. Beləliklə, şikayətin dəlilləri iş materialları ilə öz təsdiqini tapmamışdır. Ona görə də şikayət əsaslı hesab edilə və qəbul edilmiş qərarın ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 126.2-ci maddəsinə əsasən, yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X4 Mil-Muğan regional bölməsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-294/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-294/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver