Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-3/2025 19.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Sabirabad rayon Prokurorluğundan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(056)-987/2024 N°-li inzibati tənbeh vermə haqqında Qərarına əsasən Şəxs inzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə təhbeh tətbiq edilməsi qərara alınmışdır. Şəxs nümayəndəsi X4 xx.xx.2024-cü il tarixli 3(056)- 987/2024 Nq-li inzibati tənbeh vermə haqqında Qərardan apellyasiya şikayəti verərək, inzibati məsuliyyətə cəlb etmə müddətinin tətbiq edilməsi əsası ilə həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Şəxs nümayəndəsi X1 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(056)- 987/2024 N°-li inzibati tənbeh vermə haqqında qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa olunması barədə vəsatət vermişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(056)-987/2024 saylı qərardadına əsasən Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(056)-987/2024 N2-İİ qərarından Şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəblərinin üzrlü hesab edilməsi, həmin müddətin bərpa edilməsi və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(056)-987/2024 nömrəli qərarından verilmiş apellyasiya şikayətinin baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-442/2024 saylı qərarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli, 3(056)-987/2024 saylı qərarının həmin şikayətə əsasən ləğv olunması və qərarın təsviriəsaslandırıcı hissəsində qeyd olunan halların araşdırılmasından ötrü inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-442/2024 saylı qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi inzibati xəta haqqında işin obyektiv və hərtərəfli araşdırılması üçün zəruri olsa da, Şəxs inzibati xətanı törədən zaman anlaqsız vəziyyətdə olub-olmamasını araşdırmamış, bu da hazırki işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Sabirabad rayon Məhkəməsinin 3(056)-987/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsindən imtina məktubu xx.xx.2025-ci il tarixində məhkəməyə daxil olmuşdur. Məhkəmə, inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, hazırki inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, materialdan göründüyü kimi, inzibati xəta hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermiş, xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında rayon prokuroru tərəfindən qərar qəbul edilib material baxılması üçün məhkəməəyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilmə müddəti başa çatmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11, 38, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-3/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-3/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver