Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-300/2023 24.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonu Qaratəpə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Qaratəpə kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Aliyeva X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1150/2022 saylı qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon icra və Probasiya Şöbəsinin icra məmuru X4 izahat verərək qeyd etdi ki, borclu Şəxs barəsində olan xx.xx.2022-ci il tarixli qərar xx.xx.2022-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra tədbirlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs qərar üzrə cərimə borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, 500 manat cərimə borcunu ödəmək istəmir. Borclu maddi imkanı olmadığını bildirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Sabirabad rayon Məhkəməsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Lakin hazırda maddi imkanı zəif olduğu üçün üzərində olan 500 manat cərimə borcunu ödəyə bilmir. Qısa müddət olar ki, yeni körpəni anadan olmuşdur. Məhkəmə qərarının icrasından boyun qaçırmır. Odur ki, cərimə borcunu gələcəkdə hissə-hissə ödəyəcəyinə söz verərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(056)-1150/2022 saylı qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. xx.xx.2023-cü il vəxx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, icra məmuru tərəfindən dəfələrlə borclu Şəxs icra vərəqəsinin icrası üçün xəbərdarlıq edilmiş və ona İXM-nin 529-cu maddəsində nəzərdə tutulan məsuliyyət xatırladılmışdır. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə, barəsində iş üzrə inzibati icraat aparılan şəxsin maddi imkanı zəif olduğu üçün üzərində qalıq qalan borcunun ödəməməsi barədə dediklərini əsassız hesab edir və inzibati məsuliyyətdən yaxa qurtarmaq kimi hesab edir. Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yeni doğulmuş körpəsinin olmasını Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati barəsində inzibati icraat aparılan şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, yeni doğulmuş körpəsinin olmasını, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ictimai işlər növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək ona 160 (bir yüz altımış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-300/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-300/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver