Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-309/2023 24.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X5 Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Sabirabad rayonu Əhmədabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Əhmədabad kəndində yerləşən Rəsul adlı şəxsə məxsus kafedə ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bəyzadə onun həmkəndlisidir. Sonuncu ilə 15 ildir ki, danışmırlar. Onu şərləmək üçün ondan şikayət edib videosunu çəkiblər. Bəyzadənin qohumu Şamil Sabirabad RPŞ-nin yüksək rütbəli məmurlarını söydüyü üçün o, Şamilə irad bildirmiş, sonradan Şamilə bu əməlinə görə inzibati qaydada həbs edilmişdir. Həbs edilməsinin səbəbini guya onun məlumat verməsində görmüşdür. Halbuki o, Şamilə irad bildirmiş, kimsəyə hər hansı məlumat verməmişdir. Hazırda o, özünü ictimai yerdə söyüş söyməsinə görə təqsirli bilir. Həmin vaxt o, illərdir tanışı olan traktorçu ilə telefonda söhbət edərkən onu zarafatyana söymüş, arxa tərəfdə kimsənin olmasını görməmişdir. Göstərilənlərə əsasən o, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Nurəddin onun həmkəndlisidir. Onların əvvəllər qohumluq münasibətləri də olmuşdur. Nurəddin və qardaşları kənddə ağalıq edir, hamını şərləyir, hədə qorxu-gəlirlər. Hətta Nurəddin onu da dəfələrlə hədələmişdir. Nurəddin hər dəfə onu görəndə təhqiramiz ifadələr işlətməyə başlayır. Sonuncu dəfə o, Şamil ilə Rəsulun kafesində olarkən Nurəddin qarşı tərəfdən oturub uca səslə kiminləsə söyüşlə danışmağa başlamış, bununla da onların istirahətini pozmuşdur. Hazırda o, Nurəddinin sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, Nurəddinin söydüyü söyüşləri telefon vasitəsilə o, çəkmişdir. Nurəddinlə heç bir qohumluğu və düşmənçiliyi yoxdur. Nurəddin onların istirahətini pozmuşdur. Hazırda o, Nurəddinin sərt şəkildə cəzalandırılmasını məhkəmədən xahiş edir. Protokola əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı Araz Fərəcovun xx.xx.2023cü il tarixli «Cinayət işi başlanmasının rədd edilməsi haqqında» qərarından görünür ki, Sabirabad rayonu Əhmədabad kənd sakini Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. İnzibati xəta haqqında materiala həmçinin Şəxs nalayiq ifadələr işlətməsini özündə əks etdirən CD disk əlavə edilmiş, məhkəmə qeyd edilən sübutu da tədqiq etmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində əsasən məsuliyyəti yüngülləşdirən və İXM-nin 33cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin törətdiyi əməlin xarakteri, ictimai qaydanın pozulması, ictimai yerdə edən şəxslərin istirahət hüququnun pozulmuş olması, bu xüsusda həmin şəxslərin hazırda şikayətçi olması nəzərə alınmalı, ona görə də yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail olunması mümkün hesab edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, yaşını və İXM-nin 31.4-cü maddəsinin tələbini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən saat 14:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-309/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-309/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver