Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-318/2025 22.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, xx.xx.1982-ci il tarixdə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Mürsəlli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xətaya dair materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Sabirabad rayon Polis Şöbəsindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 332.4-cü maddəsi ilə 11 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında Protokol tərtib edilərək, baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İnzibati materialı tədqiq edərkən müəyyən edilmişdir ki, hazırkı iş üzrə inzibati xəta haqqında protokola baxılması İXM-nin 61.3, 61.4 və 62.4-cü maddələrinə əsasən mümkün deyildir. Belə ki, məhkəmə prosesinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs gətirilməmişdir. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 61.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. İXM-nin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs məhkəmə iclasında iştirakı təmin edilmədiyi üçün onun barəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis şöbəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 109.1.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü madəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Sabirabad rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-318/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-318/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver