Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-332/2025 11.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, X1 iştirakı ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sabirabad rayonu, Nərimankənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən X7 Azərbaycan Respublikasının İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X7 barəsində qəbul edilmiş yuxarıda istinad olunan inzibati tənbeh vermə haqqında elektron qərardan məhkəməyə şikayət verərək, Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İnzibati xəta haqqında EQ 24799961 №li Qərarın icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş (şikayətçi) X7 şikayətini onunla əsaslandırmışdır ki, o, istifadə etdiyi Man TGX 18440 Yük markalı **-BK-*** dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixdə saat 22.05 radələrində Bakı şəhər Qaradağ rayon Səngəçal qəsəbəsindən Bakı istiqamətinə hərəkətdə olarkən inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi (İriqabaritli və ya ağırçəkıli nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Cərimə əsasızdır və düzgün qiymətləndirilməyərək təqsirli bilinmişdir. Cərimə istifadə etdiyi nəqliyyat vasitəsinin yük hissəsində artıq çəki olduğundan qeyd edilən yerdə quraşdırılmış elektron tərəzi vasitəsinin məlumatlarına əsasən onun yük avtonəqliyyat vasitəsinə qeyd edilən normadan artıq çəki yüklədiyi və qaydaları pozduğu aşkar edilmişdir. Cərimə tətbiq edilən günü xx.xx.2025-ci il tarixdə saat 15.15 radələrində İmişli rayon ərazisində yerləşən dövlət sertifikatlı çəkiyə nəzarət məntəqəsinə daxil olaraq öz çəkisini yoxladıraraq 39840 kq ümumi çəkili tərəzi qəbzi ilə yola düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri barədə qaydalarının 3-cü bəndində nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi barədə məlumatlar qeyd edilmişdir. Həmin bəndə əsasən istifadəmdə olan nəqliyyat vasitəsinin 2dartıcı oxlu olması və üçoxlu yarımqoşqu ilə təchiz olunduğunu nəzərə alaraq ümumi kütlə 40 ton olaraq qanuvericiliklədə təsdiqlənmişdir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu maddəyə istinadən öz vəsaitim İlə ilk öncə imişli rayon ərazisində yerləşən çəkiyə nəzarət məntəqəsinə daxil olaraq istifadə etdiyi nəqliyyat vasitəsinin çəkisini qanuvericiliyin tələblərinə uyğun olmasına uyğunlaşdırmışdır. Həmin rəsmi çəkiyə nəzarət məntəqəsinin verdiyi qəbzlə hərəkətini davam etmirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, sözügedən çəkiyə nəzarət məntəqəsi dövlət sertifikatlı rəsmi icazəli publik hüquqi mülkdür. Məhkəmə elektron iş icraata alındıqdan sonra rəsmi qaydada şəxsi kabinet vasitəsi ilə təqdim edəcəkdir. İlk öncə qanunvericiliyin tələblərinə uyğun olaraq istifadə etdiyi nəqliyyat vasitəsi üçün icazə verilən ümumi çəki kütləsi 40 ton olaraq qeyd edilmişdir. İnzibati cərimənin qeydə alındığı elektron tərəzi isıtfadə etdiyi nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilən maksimim ümumi çəki nomasını və hazırkı protokolda qeyd edilən nəqliyyat vasitəsinin çəkisini düzgün ölçməmiş və yalnış çəki qeydə alaraq ona cərimə tətbiq edilməsinə gətirib çıxarmışdır. Qeyd olunanlara əsaslanaraq barəsində olan İnzibati xəta Haqqında Protokolun ləğv olunması xahiş olunur. DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X5 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X3 İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Şikayətçi tərəfindən məhkəməyə təqdim edilmiş tərəzi qəbzindən görünür ki, şikayətçinin idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yükü müvafiq olaraq xx.xx.2025-ci il tarixində saat 15:15 radələrində 39.840 kq təşkil etmişdir. Məhkəmə iclası sübutların təqdim edilməsi baxımından təxirə salınmış olsa da, qərarında şikayət edilmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, qəbul edilmiş qərarın əsaslılığı barədə hər hansı sübutu məhkəməyə ünvanlamamışdır. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, Z.Ə.Bağırovun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda və 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X3 əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində Azərbaycan Respublikası İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 əməlində İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsassız hesab edilsin. xx.xx.2025-ci il tarixli EQ24785598 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar əsasında İXM-nın 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Z.Ə.Bağırlının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-332/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-332/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver