Məhkəmə qərarları › İş №3(056)-334/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-334/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-334/2023 09.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X2, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Sabirabad rayonu, Qaragüney kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİM: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və Probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs Azərbaycan Respbulikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, ******* qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon icra və Probasiya Şöbəsinin icra məmuru X1 izahat verərək qeyd etmişdir ki, borclu Şəxs barəsində xx.xx.2019-cu il tarixli qərar xx.xx.2020-ci il tarixdə Sabirabad rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və icra tədbirlərinin həyata keçirilməsi üçün bütün qanuni tədbirlər görülmüşdür. Lakin borclu Şəxs qərar üzrə cərimə borcunu ödəməkdən qərəzli olaraq boyun qaçırır. Belə ki, 600 manat cərimə borcunu ödəmək istəmir. Borclu maddi imkanı olmadığını bildirsə də, ona edilmiş təkliflərə baxmayaraq icra məmurunun çağırışına gəlmir, işləyib-işləməməsi barədə sorğulara cavab vermir. Beləliklə borclu üzərində olan qərarının icrasından qərəzli olaraq boyun qaçırtmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 242.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Lakin hazırda maddi imkanı zəif olduğu üçün üzərində olan 600 manat cərimə borcunu ödəyə bilmir. Məhkəmə qərarının icrasından boyun qaçırmır. Odur ki, cərimə borcunu gələcəkdə hissə-hissə ödəyəcəyinə söz verərək onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Azərbaycan Respbulikasının Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, ******* qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 242.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat miqdarında cərimə edilmişdir. Tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Xəbərdarlıq məktubundan görünür ki, icra məmuru tərəfindən borclu X3 icra vərəqəsinin icrası üçün xəbərdarlıq edilmiş və ona İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət xatırladılmışdır. Məhkəmə Şəxs həmin inzibati xətanı törətməsini onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati işin digər materialları ilə tam sübuta yetirilmiş hesab edir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin icra sənədinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilinimaddi vəziyyətinin yaxşı olmaması, ona görə də, üzərində olan borcundan ödəməməsi barədə dediklərini əsassız hesab edir və inzibati məsuliyyətdən yayınmasına yönəldilmiş hərəkət kimi dəyərləndirir. İXM-nin 529.1-ci maddəsinə görə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxsnın əməlində İXM-nin 32-ci maddəsində əsasən məsuliyyəti yüngülləşdirən və İXM-nin 33-cü maddəsində göstərilən ağırlaşdıran hallar müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati barəsində inzibati icraat aparılan şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində ictimai işlər növündə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinib 160 (bir yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar