Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-336/2025 24.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, icra sənədi üzrə tələbkar X2 və barəsində iş üzrə inzibati icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonuda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad şəhəri H.Əliyev prospekti döngə4, ev ev 15 ünavında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2086987№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN 2086987№-li inzibati xəta haqqında Protokola və əlavə olunmuş sənədlərə görə Bağırov X1 rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolu müdafiə edib izahatında bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)- 33/2023 saylı icra vərəqəsinə əsasən Şəxs 1020,74 manat məbləğində pul vəsaitinin alınaraq X4 ödənilməsi tələb olunur, tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmiş, icra sənədi icra olunmadığı üçün barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinə əsasən ondan tələb olunan 1020,74 manat məbləğində pul vəsaitinin icra sənədi üzrə tələbkar X4 ödənilməsi və bununla da O.Ə.Məhərrəmovun ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, göstərilənləri nəzərə alaraq onun inzibati məsuliyyətdən azad olunmasını və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X5 bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələb olunan 1020,74 manat məbləğində pul vəsaitini tam şəkildə ödədiyi üçün borclu Şəxs qarşı şikayəti və tələbi yoxdur. Ona görə də, Şəxsla barışdığını və ona qarşı tələbinin olmadığını nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 1020,74 manat məbləğində pul vəsaitinin alınaraq X4 ödənilməsi tələb olunur, tələbin könüllü icrası barədə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Həmçinin məhkəmə iclasında o da müəyyən edilmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinə əsasən tələb olunan pul vəsaiti tam həcmdə icra sənədi üzrə borclu Şəxs tərəfindən tələbkar X4 ödənilmiş və bu səbəbdən O.Ə.Məhərrəmovun ona qarşı şikayət və tələbi yoxdur. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin maddənin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Xəqani Əzimovu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (icra sənədi üzrə borclu) Şəxs və icra sənədi üzrə tələbkar O.Ə.Məhərrəmovun dinləyib, tələbkar O.Ə.Məhərrəmovun Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələb olunan pul vəsaitinin ona (tələbkara) təhvil ödənilməsi və onun borclu Şəxs qarşı şikayət və tələbinin olmaması barədə ərizəsini nəzərdən keçirib, inzibati xəta haqqında iş materiallarını araşdırıb və yuxarıda istinad olunan İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsinin normasını nəzərə alaraq hesab edirəm ki, borclu Şəxs barəsində Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən baxılması məqsədilə məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli MN 2086987№-li inzibati xəta haqqında Protokolun tərtib edilməsi üçün əsaslar aradan qalxdığından, yəni Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsi borclu Şəxs tərəfindən tam həcmdə icra edildiyindən Şəxs inzibati məsuliyyətdən azad olunmalı və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-173-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(056)-33/2023 saylı icra vərəqəsi borclu Şəxs tərəfindən tam icra edildiyindən və bununla da xx.xx.2024-cü il tarixli MN2086969№-li inzibati xəta haqqında Protokolun tərtib edilməsi üçün əsaslar aradan qalxdığından, İXM-nın 528.1-ci maddəsinin “Qeyd” hissəsi əsasında o, inzibati məsuliyyətdən azad olunsun və onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-336/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-336/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver