Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-337/2024 28.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Sabirabad Meliorasiya İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxs Sabirabad Meliorasiya İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabirabad Meliorasiya İdarəsi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törədilməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatı Sabirabad Rayon Polis İdarəsinin sorğusuna aldığı vaxtdan 5 gün müddətində cavab verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sabirabad Meliorasiya İdarəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsi YPX məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, lakin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq, hazırkı işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sabirabad Meliorasiya İdarəsi və inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsi YPX-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabirabad Meliorasiya İdarəsi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törətməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatı Sabirabad Rayon Polis Şöbəsinin sorğusuna, sorğunu aldığı vaxtdan 5 gun müddətində cavab verməmişdir. Belə ki, protokola əlavə edilmiş “sənədin rəsmi verilməsinə dair kötük” adlı sənəddən görünür ki, “MAZ 5337A2” yük yanacaqdaşıyan markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs Nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatın verilməsi barədə Sabirabad Rayon Polis Şöbəsinin sorğusu Sabirabad Meliorasiya İdarəsinə xx.xx.2023cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sabirabad Meliorasiya İdarəsi tərəfindən qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardad və işin digər materialları ilə tam sübuta yetirilmiş və həmin təşkilatın törətdiyi inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin 150 (yüz əlli) manat məbləğində, hüquqi şəxslərin 300 (üç yüz) manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də, Sabirabad Meliorasiya İdarəsinə inzibati tənbeh tətbiq edərkən onun hüquqi şəxs olması nəzərə alınaraq, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 50, 110-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad Meliorasiya İdarəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-337/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-337/2024
28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver