Məhkəmə qərarları › İş №3(056)-344/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-344/2025

31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-344/2025 31.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, X1 iştirakı ilə, X1 “avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi və cərimə üzrə hesablanmış dəbbə pulunun silinməsi” haqqında şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul olunmuş avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsini və cərimə üzrə hesablanmış dəbbə pulunun silinməsini xahiş etmişdir. Eyni zamanda X2 ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsinə baxılmadan, geri qaytarılmasını xahiş etmişdir. X2 ərizəsini nəzərə alıb hesab edirəm ki, B.Ə.Nuriyevin şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 “avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli Qərarın ləğv edilməsi və cərimə üzrə hesablanmış dəbbə pulunun silinməsi” haqqında şikayət ərizəsi baxılmadan geri qaytarılsın. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar