Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-348/2025 26.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X10 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, X1 iştirakı ilə, X5 Azərbaycan Respublikası İXM-nın 329.3 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X7 Azərbaycan Respublikası İXM-nın 329.3 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli bilinmişdir. X7 onun barəsində Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X2 xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə istifadəsində olan “BMW 5251 minik” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Cəlilabad rayonuna yas mərasiminə getmiş, yas mərasimindən qayıdan zaman Cəlilabad Səttarxan deyilən yerdən keçərkən orada Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 xidməti avtomobilini yolun gediş-gəliş hissəsində saxlamış və başqa bir sürücü ilə xidməti avtomobilində oturub onun sənədlərini yoxlayırdı. Halbuki yolun-gediş gəliş hissəsində kimliyindən asılı olmayaraq saxlanması qanunaziddir. Polisin isə gediş-gəliş yolunda əsassız olaraq saxlaması absuddur. O da sürdüyü avtomobili ilə gəlib onun xidməti avtomobilinin arxasında saxlamışdır. Saxlayan zaman ondan arxadan gələn avtomobillərdə tıxac yaranmışdır. O, 2-3 dəqiqə gözlədikdən sonra Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X2 əyləşdiyi avtomobilə siqnal verərək dönmə işıqlarını yandıraraq onun sol tərəfindən keçib getmişdir. Təxmini 200 metr getdikdən sonra səhhətində problem yarandığı üçün üzərində olan dərmanı qəbul etmək üçün su içmək üçün marketdə saxlamış və avtomobilindən düşüb marketə girərək oradan su alıb çıxmış və Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 xidməti avtomobili ilə onun arxasında saxlamışdır. Görmüşdür ki, onu gözləyir ki, o, nəsə qanun pozuntusu edib və Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 onun barəsində protokol tərtib etsin. O, da ona arxayın olub yola çıxmışdır. Bu zaman Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 öz xidməti avtomobili ilə onun arxasından çıxaraq ona saxla işarəsi vermişdir. O, da avtomobilini saxlamışdır. Ona qərəzli olaraq niyə işıq cihazından istifadə etməməsini bildirmişdir. O, isə cavabında onun avtomobilinin arxasında olduğu üçün işıq cihazından istifadə etməyə gərək olmadığı bildirmişdir. Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 isə qərəzli olaraq ondan qisas almaq niyyəti ilə onun barəsində protokol yazmışdır. O, əgər əvvəlcədən inzibati xəta törətmişdirsə nəyə görə ona yerindəcə protokol tərtib etmədi, xeyli sürüb getdikdən sonra barəsində bir belə qərar qəbul etdi? O, avtomobilə əyləşməmişdən qabaq deyil, əyləşdikdən sonra avtomobili işə salarkən onun barəsində belə bir protokol tərtib etdi. O, da burdan belə bir nəticəyə gəlmişdir ki, az öncə onun yan tərəfindən keçib getməyi onun ona qarşı aqressiv davranmasına gətirib çıxartmışdır. O, isə ona bu qərardan narazı qaldığı üçün şikayət edəcəyini bildirmişdir. Hətta törətdiyi xəta barədə ona videoçəkiliş göstərməsini tələb etmişdir. Lakin Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X4 isə ona istədiyi yerə şikayət edə biləcəyini bildirdi. Hal-hazırda X17 əməkdaşlarına bütün müasir avadanlıqlar verilmişdir. Əgər o, hər hansı bir qanun pozuntusu edirsə, bunu sübut etmək Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X2 üzərində düşür. O, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də barəsində olan inzibati qərarın ləğv edilməsi zəruridir. Cəlilabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis X3 məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbi və mümkünsüzlüyünü bildirilməmiş, şikayətə etiraz və ya mülahizələrini təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X6 dinləyib, onun şikayətinin dəlillərini və əlavə etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət əsaslı olduğuna görə təmin edilməli, X5 İXM-nın 329.3 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübutetməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 394.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxsişin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan özdaxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən, sübutlardan biri olan inzibati xəta haqqında prtokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. X5 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda İXM-nın 329.3 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin əlamətləri formal olaraq sadalanmış, lakin inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar müəyyən edilməmişdir. Hətta sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən şikayətə baxılması təxirə salınsa, qərarından şikayət edilən şəxs nə məhkəmə iclasında iştirak etmiş, nə də müvafiq inzibati xəta pozuntusu ilə əlaqədar sübutların məhkəməyə təqdim edilməsini təmin etmişdir. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Azərbaycan Respublikası İXM-nin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.1, 114.1.1-114.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi, inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2, 114.2.1-114.2.4-cü maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, bu Məcəllənin 16.4-cü maddəsinə müvafiq olaraq intizam məsuliyyətinə cəlb etmək barədə qərar qəbul edilməsi üçün materiallar müvafiq icra hakimiyyəti orqanına göndərildikdə, inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə, bu Məcəllənin 16.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında iş yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya (kollegial orqana) göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda və ya əməldə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X5 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız hesab edilərək ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-348/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-348/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver