Məhkəmə qərarları › İş №3(056)-35/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-35/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-35/2024 09.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, Sabirabad Rayon Məhkəməsinin hakimi Nurəddin Abuzər oğlu Bağırov, Rəşad Akif oğlu Rüstəmovun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1996-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad şəhəri ünvan 1 ünvanıda qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP5947129№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Sabirabad rayon Polis Şöbəsin polis kapitanı X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP5947129№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə 15:30 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ 21061” minik markalı **-KM-*** qeydiyyat nişanlı avtomobili ilə manevr edən zaman idarə etməni itirərək Zərərçəkmiş şəxs məxsus “VAZ 21043” minik markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşub, nəticədə zərərçəkmişin avtomobilini zədələyərək ona maddi ziyan vurmuşdur. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 332.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsində təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli İXP5947129№-li inzibati xəta haqqında Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 332.4-cü maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlini törətməsini etiraf edib, əməlindən peşmançılıq hissi keçirdiyini və bir daha bu cür hallara yol verməyəcəyini bildirərək, ona yüngül tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə 15:30 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan “VAZ 21061” minik markalı **-KM-*** qeydiyyat nişanlı avtomobili ilə manevr edən zaman idarə etməni itirərək Zərərçəkmiş şəxs məxsus “VAZ 21043” minik markalı **-BM-*** qeydiyyat nişanlı avtomobili ilə toqquşub nəticədə zərərçəkmişin avtomobilini zədələyərək ona maddi ziyan vurmuşdur. İXM-nın 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-nın 332.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi onun özünün etirafedici izahatı ilə yanaşı, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP5947129№-li protokolla və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 332.4-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 332.4-cü maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxsa həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 332.4-cü maddəsinin sanksiyası həddində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP5947129№-li inzibati xəta haqqında Protokola əsasən Əliyev X2 Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin.. Həbs müddətinin başlanğıcı Şəxs inzibati qaydada tutulduğu 09 yanvar 2024-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər Hakim: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar