Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-35/2025 06.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən hakim Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 icra sənədi üzrə tələbkar X6 və barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Sabirabad rayonu Həşimxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086982№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086982№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə Babayev X4 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1633/2024 saylı icra vərəqəsinə üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında qeyd etmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1633/2024 saylı icrs vərəqəsinə əsasən, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X9 verilməsi tələb olunur. Həmin icra vərəqələrinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, maddi imkanları məhdud olduğu üçün Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1633/2024 saylı vərəqəsini üzrə ondan tələb olunan borcu ödəyə bilmir. Məhkəmə iclasında iştirak etmiş icra sənədi üzrə tələbkar X12 şikayətçi olduqunu qeyd edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbslə bağlı inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə hər ay 340 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X9 ödənilməsinə Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(056)-1633/2024 saylı icrasının təmin edilməsi barədə icra sənədləri üzrə borclu Şəxs edilmiş təkliflərə baxmayaraq, o, bu təkliflərə məhəl qoymamış və bununla da icra vərəqələri üzrə borcunu üzrsüz səbəbdən ödəməkdən qərəzli olaraq yayınmışdır, eyni zamanda o, icra şöbəsinin çağırışına gəlməmiş, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra məmurunun qanuni tələblərini yerinə yetirilməmişdir. İXM-nın 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar X10 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinin törətməsi onun izahatı ilə yanaşı, həmçinin onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN2086982№-li inzibati xəta haqqında protokolla, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərar və inzibati xəta haqqında işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 528.1-ci maddəsi ilə tövsif edilmişdir. Şəxs qeyd olunan icra sənədlərinin üzrlü səbəbdən icra etməməsinin əsası kimi istinad etdiyi dəlilini (maddi imkanının məhdud olması) əsassız hesab edirəm və onun bu izahatını inzibati məsuliyyətdən yayınması kimi qiymətləndirirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 528.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 528.1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 528.1-ci maddəsinin sanksiyası həddində 10 (on) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Həmçinin inzibati xəta əməli törətmiş Şəxs nəzərinə çatdırılmalıdır ki, İXM-nın 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin (borcun ödənilməsi) yerinə yetirilməsindən şəxsi azad etmir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086982№-li inzibati xəta haqqında Protokola əsasən Babayev X5 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) gün müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 06 yanavar 2025-ci il tarixdən saat 12:15-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-35/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-35/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver