Məhkəmə qərarları › İş №3(056)-353/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-353/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-353/2023 27.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibib Mətin Azər oğlu Quliyevin katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnun, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında müvəqqəti yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli protokola və ona əlavə olunmuş sənədlərə əsasən, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-225/2020 saylı icra vərəqəsinin tələbinə əsasən Şəxs cəmi 2809 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi, həmçinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1244/2021 saylı məhkəmə əmrinə əsasən Şəxs 1143,50 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq X4 verilməsi qeyd edilmiş, lakin borclu Şəxs icra vərəqəsi və məhkəmə əmrini üzrlü səbəb olmadan icra etməmiş və bununla da İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon icra şöbəsinin icra məmuru X1 izahat verərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(056)-225/2020 saylı icra vərəqəsinin tələbinə əsasən Şəxs cəmi 2809 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi, həmçinin Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1244/2021 saylı məhkəmə əmrinə əsasən Şəxs 1143,50 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq X4 verilməsi qeyd edilmişdır. xx.xx.2021-ci il və xx.xx.2020-ci tarixli icra vərəqələri üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra sənədlərində göstərilən tələbi 10 gün müddətində könüllü qaydada icra etmək üçün borcluya icraata başlamaq haqqında qərar və bildiriş göndərilmişdir. Lakin borclu halhazıradək üzərində olan borcundan heç bir ödəniş etməmişdir. Bu səbəbdən o, qeyd edilən inzibati xəta haqqında protokol tərtib etmişdir. Hazırda o, borclu barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, icra məmuru tərəfindən ona tələbin könüllü icrası barədə bildirşlərin göndərilməsi bildirilsə də, o, qeyd olunan bildirişləri almamışdır. Onun ümumiyyətlə icra sənədlərindən xəbəri olmamışdır. O, uzun illərdir ki, Bakı şəhərində yaşayır. O, Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gəlmiş və tələbin könüllü icrası barədə bildirişləri xx.xx.2023-cü il tarixdə imza etməklə icra və probasiya şöbəsindən qəbul etmişdir. Lakin tələbin könüllü qaydada icrası barədə bildirişi bu gün, yəni xx.xx.2023-cü il tarixdə əldə etməsinə baxmayaraq barəsində icra məmuru tərəfindən protokol tərtib edilmiş və o, məhkəməyə verilmişdir. O, heç bir inzibati xəta pozuntusuna yol verməmişdir. Hesab edir ki, heç bir inzibati xəta törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İnzibati protokola əlavə olunmuş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-225/2020 saylı icra vərəqəsinin tələbinə əsasən Şəxs cəmi 2809 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(056)-1244/2021 saylı məhkəmə əmrinə əsasən Şəxs 1143,50 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq X4 verilməsi əmr edilmişdir. xx.xx.2021-cü il və xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarlara əsasən, göstərilən icra sənədləri üzrə icraata başlanılmış və borcluya könüllü icra üçün 10 günlük müddət verilmişdir. Şəxs icra məmuruna vermiş olduğu xx.xx.2023-cü il tarixli izahatından görünür ki, hazırda qeydiyyatda olduğu ünvanda deyil, uzun müddətdir ki, Bakı şəhərində yaşadığından məhkəmə bildirişlərindən xəbərsiz olmuşdur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri, həmçinin icra işini araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında iş üzrə materialdan və materiala əlavə edilmiş sənədlərdən isə belə halın mövcud olması görünmür. Əksinə, müəyyən olunan hal ondan ibarətdir ki, borclu Quliyeva X2 rayon İcra və Probasiya şöbəsində icra məmuruna vermiş olduğu izahatda icra sənədinin verildiyi zamandan bu günə kimi xəbər tutmadığını bildirmiş, icra məmuru isə borcluya borcun ödənilməsi üçün möhlət vermək əvəzinə, onun axtarışla gətirilməsini əsas götürərək əməlini icra sənədinin üzrsüz icra edilməməsi kimi qiymətləndirib onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra icra işindən o hal da aydın olur ki, icraata başlamaq haqqında qərar qəbul edilib tələbin könüllü surətdə 10 gün ərzində icra edilməsi barədə bildiriş borcluya ünvanlanmış olsa da, həmin sənədlərin borcluya təqdim edilməsi barədə hər hansı sübut mövcud deyildir. Borclu yalnız onun barəsində qəbul edilmiş axtarış qərarının nəticəsi olaraq icra və probasiya şöbəsinə gətirilmişdir. Bu halın özü də borclunun icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilməsinin əks göstəricisi kimi nəzərə alınmalıdır. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmadığından və inzibati xəta hadisəsi olmadığından hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar