Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-355/2023 27.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1642142№-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li və xx.xx.2023-cü il tarixli, MN ******* №-li Protokolara və protokollar ətrafında toplanmış materiala Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN 1642142№-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li və xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokolara və əlavə olunmuş sənədlərin məzmununa görə, Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus yaşadığı binanın həyətindən su nasosu və 15 ədəd toyuqlarını, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, Xəqani küçəsində Zərərçəkmiş şəxs2 Xudaşükür qızına məxsus yaşadığı evin həyətindən su matorunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evin həyətindən su matoru və gidraforu, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, Muğan prospektində Zərərçəkmiş şəxs4 məxsus evin həyətindən 2 ədəd su nasosunu, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs5 qızına məxsus evdən məişət əşyaları, aliminium qazn və naqilləri, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, M.Hümbətov küçəsində Zərərçəkmiş şəxs6 məxsus evin həyətindən 2 ədəd laqonda və 1 ədəd direli, xx.xx.2023-cü il tarixdə isə Sabirabad rayonu Qalaqayın kəndində X2 məxsus 250 manat dəyərində su nasosunu oğurlamışdır. Şəxs bu cür əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində cinayət işinin başlanmasının rədd olunması haqqında qərar qəbul olunmuş və onun İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə barəsində inzibati xəta haqqında icraat başlanması üçün qərar Sabirabad RPŞ-nin X1 verilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bu cür əməllərə yol verməsinin səbəbinin narkotik vasitə aludəçisi olmasını, imkansızlığı ucbatından narkotik əldə edə bilməsi üçün pul tapa bilmədiyini göstərərək, hazırda əməlindən peşmançılıq hissi keçirdiyini, utandığını qeyd edib, məhkəmədən barəsində bir müddət narkotik vasitədən uzaq ola bilməsi üçün həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1642142№-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li, xx.xx.2023-cü il tarixli, MN ******* №-li və xx.xx.2023-cü il tarixli, MN ******* №-li protokoları, əlavə edilmiş sənədləri nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X3 məxsus yaşadığı binanın həyətindən su nasosu və 15 ədəd toyuqlarını, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, Xəqani küçəsində Zərərçəkmiş şəxs2 Xudaşükür qızına məxsus yaşadığı evin həyətindən su matorunu, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 məxsus yaşadığı evin həyətindən su matoru və gidraforu, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, Muğan prospektində Zərərçəkmiş şəxs4 məxsus evin həyətindən 2 ədəd su nasosunu, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri Xəqani küçəsində Zərərçəkmiş şəxs5 qızına məxsus evdən məişət əşyaları, aliminium qazn və naqilləri, xx.xx.2023-cü il tarixdə Sabirabad şəhəri, M.Hümbətov küçəsində Zərərçəkmiş şəxs6 məxsus evin həyətindən 2 ədəd laqonda və 1 ədəd direli, xx.xx.2023-cü il tarixdə isə Sabirabad rayonu Qalaqayın kəndində X2 məxsus 250 manat dəyərində su nasosunu oğurlamaqla İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri özünün etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetir və onun törətdiyi əməl düzgün tövsif olunmuşdur. Ona görə də, Şəxs barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş əməl üzrə zərər çəkmiş şəxsin ondan şikayətçi olması, dəymiş ziyanın ödənilməməsi, həmçinin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh tədbirinə (ictimai işlər) münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməklə məşğul olmağa laqeyd münasibətdə olması və laqeyd yanaşması halı nəzərə alınmalıdır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 25 fevral 2022-ci il tarixdə saat 17:30 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş, o, Sabirabad RPŞ-də saxlanılmışdır. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati qaydada həbsə alındığı zaman nəzərə alınaraq, həbsetmə müddətinin əvvəli göstərilən tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-355/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-355/2023
27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver