Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-355/2025 31.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X6 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs (icra sənədi üzrə borclu) Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086990№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2086990№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiallara görə o, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-208/2021 saylı icra vərəqəsini üzürsüz səbəbdən icra etməyərək, bununla bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında qeyd etmişdir ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-208/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X4 verilməsi tələb olunur. Həmin icra vərəqəsinin icrasının təmin edilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq icra şöbəsinin çağırışına məhəl qoymamış, müvafiq sorğuları cavablandırmamış, faktiki olduğu yer barədə məlumat verməmiş və bununla da icra vərəqələri üzrə borcunu ödəməkdən yayınmış və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirsiz bilərək izahatında göstərmişdir ki, icra sənədinin icrasından yayınmır, lakin o, bir müddətdir ki Sabirabad şəhərində qeydiyyatda olduğu ünvanda yaşamır və Rusiya Federasiyasında yaşadığından icra sənədi üzrə ödəniş edə bilməmişdir. Rusiya Federasiyasında vətənə qayıdarkən xx.xx.2025-ci il tarixdə sərhədi keçən zaman həbsə alınmışdır, sonra icra məmuru tərəfindən güya onun müəyyən olunmuş müddətdə məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsini səbəb gətirərək, onun barəsində İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilərək o, məhkəməyə verilmişdir. O, heç bir inzibati xəta pozuntusu törətmədiyi üçün barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. halbuki ona 10 gün xəbərdarlıq müddəti verildiyi halda üzərindəki borcu ödəyəcəkdir. Sabirabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(056)-208/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin Şəxs tutularaq X4 verilməsi tələb olunur. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsinin dispozisiyasına görə «məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Belə ki, icra işindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeydiyyatda olduğu ünvan 3 ünvanda yaşamadığı üçün icra sənədindən məlumatı olmamış və məhz Rusiya Federasiyasından vətənə qayıdarkən xx.xx.2025-ci il tarixdə sərhədi keçən zaman həbsə alınmışdır, Sabirabad rayon İcra və Probasiya Şöbəsində ona tələbin könüllü icrası barədə bildirişlər onun ünvanına göndərilsə də, lakin onun həmin ünvanda yaşamadığı səbəbindən ona təqdim edilməmişdir. Halbuki “İcra haqqında” qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və həmin qərarda icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə “İcra haqqında” qanunun istinad olunan maddənin hərfi mənasından aydın olur ki, icra məmuru tərəfindən borcluya verilmiş bildirişdə məhz 10 günlük müddət başa çatdıqdan sonra, göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi qaydası müəyyən olunur. İXM-nın 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Beləliklə işin araşdırılmış halları və istinad olunan hüquq normalarının tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırkı inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikası İXM-nın 53.1.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda göstərilən işin hallarını nəzərə alaraq və sadalanan qanunvericilik müddəalarına əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs barəsində inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2086990№-li inzibati xəta haqqında Protokol edilməsi üçün əsaslar müəyyən olunmadığı üçün, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam erilməlidir. Göstərilənlərə əsasən, “İcra haqqında” Qanunun 43.1.2, 44.1, 63.1.1-ci və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli MN2086990№-li inzibati xəta haqqında Protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-355/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-355/2025
31.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver