Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-357/2024 15.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Prorokolu tərtib etmiş şəxs, Sabirabad rayon Polis şöbəsinin İTB-nin sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1971-ci il tarixdə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Sabirabad rayonunun Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, xx.xx.2024-cü il tarixdə Şəxs yaşadığı evin qarşısında olan daşın altında qoyduğu 4.14 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür və bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü ona istinad olunan əməl üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, arabir narkotik vasitə qəbul edir. Lakin aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır və həmin maddədən xəbəri olmamışdır. 4-5 ildir ki, onun ailədaxili arvadı ilə mübahisəsi vardır. Bu narkotik vasitə aşkar ediləndə arvadı və oğlu onun üzünə durdular ki, narkotik vasitəni o, qoyub. Buna görə də o, həmin maddənin onun olduğunu etiraf etmişdir. Özü ürək xəstəsidir və fəhləliklə məşğul olur. Elə ay olur qazancı olmur, elə ay olur ki, 200-500 manat arası qazanc əldə edir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Protokola əlavə edilmiş: Sabirabad rayon Polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı polis kapitanı Mirfərid Həsənlinin «cinayət işi başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixlli qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi olduğuna görə onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə RPŞ-nin İTB-nə verilməsi qərara alınmışdır. Həmi qərardan görünür ki, adıçəkilən narkotik vasitə Şəxs arvadı Dilbər Zeynalovanın polis orqanına müraciəti əsasında aşkar edilmiş, Şəxs həmin vasitənin ona məxsus olmasını etiraf etmiş, bu proseslər videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində göstərilən ağırlaşdıran halları müəyyən etmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə İXM-in 32.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tətbiq etməyi yetərli saymır və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, şəxs hazırki izahatında arabir narkotik vasitə istifadəçisi olduğunu bildirsə də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərkən aşkarlanmış maddənin özünə məxsus olmasını, polis orqanında izahat verərkən təzyiqə və işgəncəyə məruz qalmadığını bildirmiş olsa da, videoçəkilişin olmasına baxmayaraq hazırda əməlini etiraf etməməklə məsuliyyətdən yayınmaq niyyəti güdməkdədir. Bu hal da onun şəxsiyyətini səciyyələndirilən hal kimi nəzərə alınmalı, cərimə tənbehinin şəxsin islah olunmasına yetərli təsir etməyəcəyi anlamını ifadə etməsi kimi qiymətləndirilməlidir. Bu halda məhkəmə hesab edir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (inzibati cərimə növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinə görə Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 15 mart 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Sabirabad RPŞ-də saxlanılan maddi sübut-Şəxs məxsus 4,14 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə və Sabirabad Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-357/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-357/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver