Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-358/2024 15.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Cavadov X3 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-1173/2020 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)- 1173/2020 saylı icra vərəqəsinə əsasən 2700 (iki min yeddi yüz) ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və 70 manat xidmət haqqı cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs heç bir üzrlü səbəb gətirmədən icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının tam icrası ilə bağlı tələbini yerinə yetirmir. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, həqiqətən də Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(056)-1173/2020 saylı icra vərəqəsinə əsasən 2700 (iki min yeddi yüz) ABŞ dolları, 30 manat ödənilmiş dövlət rüsumu və 70 manat xidmət haqqının ondan tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. O, məhkəmə qərarı əsasında ödəməli olduğu pul ödəməkdən yayınmaq və icra məmurunun qanuni tələbi yerinə yetirməmək niyyətində deyildir. Belə ki, o, bir müddət səhhəti ilə əlaqədar işsiz olmuş, həmin müddətdə tələbkarın xeyrinə ödəniş edə bilməmişdir. Sonradan iş tapıb işləmiş, hər ay tələbkarın xeyrinə 150-200 manat ödəniş etmişdir. Tələbkarın çoxsaylı şikayətlərindən sonra o, tapmış olduğu işdən də çıxarılmış, yenidən ödəniş etmək imkanında olmamışdır. Sonradan o, heyvan alveri ilə məşğul olmağa başlamış və tələbkarın xeyrinə ödənişlər etməyə davam etmişdir. İşdən göründüyü kimi, hazırda onun tələbkara 1100 manat borcu qalmışdır. Həmin borcu da ayın sonunadək tam şəkildə ödəyəcəkdir. Ayın sonunadək alacağı olduğu üçün qalıq borcu qaytara biləcəyindən əmindir. Özü ailəlidir və himayəsində 2 azyaşlı övladı ilə birgə xəstə anası vardır. Anasının gözləri görmür. Evin bütün tələbatlarını tək o, qarşılayır. O olmadan yoldaşı marketə gedib bazarlıq belə etməyi bacarmır. Çünki yoldaşı heç bir zaman evdən çölə çıxmamış bir qadındır. əgər onun barəsində inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilərsə ailəsi pərişan vəziyyətə düşəcəkdir. Qeyd etdiyi kimi, söz verir ki, ayın sonunadək yaranmış borcu tam şəkildə ödəyəcəkdir. Ona görə də o, məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ailə vəziyyətini İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını, ailə vəziyyətini və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-358/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-358/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver