Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-359/2025 14.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə xx.xx.1992-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Qaraağac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP 6854318№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis Şöbəsinin polis mayoru M.M.Muxtarov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP6854318№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Qaraağac kəndi ərazisində özünə məxsus atını nəzarətsiz qoyması nəticəsində at avtomobil yoluna çıxıb, həmin yolda hərəkətdə olan X1 idarə etdiyi “QAZ 3110” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İ.F.Xudiyevin əmlakına maddi zərər dəymişdir. Bununla da Səfərov X2 Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə prosesində əməlindən səmimi peşman olduğunu, atını bir daha nəzarətsiz qoymayacağını bildirmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP 6854318№-li Protokolu, əlavə edilmiş sənədləri nəzərdən keçirib, iş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə, tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Sabirabad rayonu Qaraağac kəndi ərazisində özünə məxsus atını nəzarətsiz qoyması nəticəsində, atın avtomobil yoluna çıxıb, həmin yolda hərəkətdə olan X1 idarə etdiyi “QAZ 3110” minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İ.F.Xudiyevin əmlakına maddi zərər vurmaqla İXM-nın 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri onun etirafedici ifadəsi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetmişdir. Onun törətdiyi əməl həmin maddə ilə düzgün tövsif olunmuşdur. Ona görə də, S.Şəxs barəsində təqsirli bilindiyi həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İXM-nın 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir İXM-nın 338.5.1-ci maddəsinə əsasən mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə şəxs - qırx manat məbləğində cərimə edilir. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində iş üzrə icraat başlanmış Şəxs əməlində İXM-nın 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən İXM-nın 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almaqla, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP 6854318№-li inzibati xəta haqqında Protokola əsasən Səfərov X2 Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-359/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-359/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver