Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-36/2023 19.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Bağırov X4 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-07/2013 saylı icra vərəqəsi üzrə tələbi üzrsüz səbəbdən icra etməyərək icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı müdafiə edərək bildirdi ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(056)-07/2013 saylı icra vərəqəsinə əsasən tərəflərin birgə nikahdan 21 aprel 2012-ci ildə anadan olmuş X5 adlı uşaqları anası Zərərçəkmiş şəxs yanında qalmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 avqust 2012-ci il tarixdən başlayaraq Şəxs hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İcra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsinə dair borclu Şəxs edilmiş təkliflərə baxmayaraq o, icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də borclunun axtarılması barədə qərar qəbul edilmiş və axtarış əsasında Sabirabad rayon İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Hazırda borclu işləmədiyini əsas gətirərək icra məmurunun qanuni tələbini, yəni məhkəmə qərarının icrası ilə bağlı tələbini yerinə yetirmir. Onun bu günə ödənilməmiş 3920 manat aliment borcu vardır. Borclu hazırda üzərində 500 manat pulu olduğunu bildirir. Lakin həmin pulu həbs edilməməsini şərt kəsərək tələbkara ödəyəcəyini bildirir. İcra şöbəsində 10 günə 3000 manat ödəyəcəyini bildirmişdir. Lakin 10 il yaxın müddətdə borclu cəmi 830 manat ödəniş etmişdir. 10 il 830 manat ödəmiş şəxsin 10 günə 3000 manat ödəyəcəyi barədə fikri absurddur və cəzadan yayınmaq məqsədi daşıyır. Borclunun özünün deməsinə görə o, bir ildir ki, aylıq qazancı ***-**** manat təşkil edən işlə təmin olunub. Bu müddətdə də tələbkarın xeyrinə heç bir məbləğdə ödəniş etməyib. Beləliklə, Şəxs icra sənədinin icrasını vaxtında və tam təmin etmək barədə icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, Sabirabad rayon Məhkəməsinin müvafiq icra sənədinə əsasən ondan 21 aprel 2012-ci ildə anadan olmuş X5 adlı uşaqları anası Zərərçəkmiş şəxs yanında qalmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 24 avqust 2012-ci il tarixdən başlayaraq hər ay 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. O, maddi imkanı zəif olduğu üçün tələbkara tam ödəniş etməmişdir. Özü ailəlidir. Hazırda üzərində 500 manat pulu vardır. Həbs edilməyəcəyi təqdirdə həmin pulu tələbkarın xeyrinə ödəyəcəkdir. 10 günə isə yaranmış borcundan 3000 manat ödəyəckdir. Həbs edilərsə ödəniş etməyəcəkdir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, görünür ki, borclu Şəxs uzun müddət əvvəl qəbul edilmiş məhkəmə qərarı üzrə ödəməli olduğu puldan cəmi 830 manat ödəniş etmiş, son illərdə ümumiyyətlə ödəniş etməmişdir. Halbuki, o, bir ildir normal qaznclı işlə təmin olunmuşdur. Bu müddətdə də o, heç bir məbləğdə ödəniş etməmişdir. Bundan əlavə o, üzərində 500 manat pul olduğu halda məhkəmə qarşısında həbs edilməyəcəyi halı şərt kimi qoyaraq o halda həmin pulu tələbkara ödəyəcəyini bildirir. Bu xüsusatın özü də borclunun icra sənədinin icrasında qərəzli mövqeyi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar və Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, yaranmış borc məbləğini və məhkəmə iclasındakı izahatının məğzini nəzərə alaraq, onun maddi vəziyyətini daha da ağırlaşdırmamaq məqsədi ilə maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh (cərimə) tədbirini tətbiq etməyi düzgün hesab etmir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aliment borcunu ödəməməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməkdədir. Əgər onun barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilərsə, o, ödəməli olduğu aliment məbləğindən də əlavə, dövlət nəfinə də vəsait ödəməli olacaqdır ki, bu da onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdıracaqdır. Odur ki, məhkəmə onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini, həmin tənbehin həddinin isə minimum həddə müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Çünki, şəxsin uzun müddət inzibati qaydada həbs edilmiş olması onun uzun müddət aliment öhdəliyini icra etmək imkanına da mane olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmə müddətinin əvvəli 19 yanvar 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-36/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-36/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver