Məhkəmə qərarları › İş №3(056)-362/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-362/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-362/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X8 Azər oğlunun katibliyi ilə, X2 Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayətlə müraciət edərək, barəsində olan Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə oğlu X6 məxsus “VAZ 21150” minik markalı, **-RT-*** dövlət nömrə nişanlı avtomobili Sabirabad şəhəri, H.Əliyev prospektində idarə edərkən Sabirabad rayonu Yol patrul xidməti inspektoru polis serjantı X7 işıq cihazından düzgün istifadə etmədiyi üçün onu saxlatdırmış, daha sonra üzərinə yoxlanış apararkən avtomobili etibarnamə olmadan idarə etdiyi müəyyən edilmişdir. Daha sonra guya içkili halda barəsində protokol tərtib etmiş, o, içkili olmadığını bildirmiş və nə Sabirabad Rayon Mərkəzxi Xəstəxanasından tibbi müayinədən keçirməmiş, nədə ki barəsində tərtib edilmiş protokolu Sabirabad Rayon Məhkəməsinə təqdim etməmişdir. Avtomobili oğlu İlqar Məmmədov texniki baxışdan keçirən zaman avtomobilə 500 manat cərimə yazılması müəyyən edilmişdir. O, maraqlandıqda görmüşdür ki, barəsində əsassız məhkəmə qərarı olmadan cərimə tətbiq edilmişdir. Halbuki onun həmin cəriməni ödəməyə imkanı yoxdur. Nəvəsi talesimiya xəstəsidir. Hər ay o, Bakı şəhərində qan köçürməsi edir. İmkanı məhduddur. Belə bir əsassız cəriməni ödəmək iqtidarında deyildir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş şikayətçi X5 və Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3 və 62.4-cü maddələrinə əsasən işə şikayətçinin və inzibati xəta haqqında iş üzrə qərar qəbul etmiş səlahiyyətli orqanının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edib hesab edir ki, X2 şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokoldan şikayət verilməsi halı nəzərdə tutulmamışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Sabirabad rayonu Yol Patrul Xidməti İnspektoru Polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan vermiş olduğu şikayət əsassız olduğundan təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar