Məhkəmə qərarları › İş №3(056)-362/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-362/2025

11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-362/2025 11.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş «X2 Təsərrüfatı» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsi tərəfindən hüquqi şəxs «X2 Təsərrüfatı» MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardad tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli GP 26603419 nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, «X2 Təsərrüfatı» MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törədilməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatı Sabirabad Rayon Polis İdarəsinin sorğusuna aldığı vaxtdan 5 gün müddətində cavab verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X2 Təsərrüfatı» MMC və inzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardadu tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilsələr də, lakin nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər, həmçinin işə baxılmasının təxirə salınması haqqında vəsatət təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsaslanaraq, hazırkı işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 Təsərrüfatı» MMCnin və inzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardadı tərtib etmiş Sabirabad Rayon Polis Şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, «X2 Təsərrüfatı» MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı inzibati xətanın törətməsinə yol vermiş fiziki şəxs (sürücü) haqqında məlumatı Sabirabad Rayon Polis Şöbəsinin sorğusuna, sorğunu aldığı vaxtdan 5 gun müddətində cavab verməmişdir. Belə ki, protokola əlavə edilmiş “sənədin rəsmi verilməsinə dair kötük” adlı sənəddən görünür ki, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə Azərbaycan Respublikasının İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə yol vermiş “QAZ 3110 minik” markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs (sürücü) haqqında məlumatın verilməsi barədə Sabirabad Rayon Polis Şöbəsinin sorğusu «X2 Təsərrüfatı» MMC-nə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin dispozisiyasına görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «X2 Təsərrüfatı» MMC tərəfindən qeyd olunan inzibati xətanın törətməsi tərtib edilmiş inzibati xəta haqqında aidiyyəti üzrə göndərilməsi barədə qərardad və işin digər materialları ilə tam sübuta yetirilmiş və həmin təşkilatın törətdiyi inzibati xəta İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin sanksiyasında vəzifəli şəxslərin 150 (yüz əlli) manat məbləğində, hüquqi şəxslərin 300 (üç yüz) manat məbləğində cərimə edilməsi nəzərdə tutulmuşdur. Beləliklə də, «X2 Təsərrüfatı» MMCnə inzibati tənbeh tətbiq edərkən onun hüquqi şəxs olması nəzərə alınaraq, barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 50, 110-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X2 Təsərrüfatı» MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar